18/03/2019 18:42
728 x 90

Gömrük Komitəsi sahibkarlarla daha bir görüş keçirdi - FOTO

img

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir.

Baş İdarənin rəisi gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verib və bildirib ki, gömrük orqanları biznes-gömrük əməkdaşlığına xüsusi diqqət yetirir. Bununla əlaqədar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

O da bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində fəaliyyət göstərən İctimai Şuranın iclaslarında gömrük işinə dair müxtəlif məsələlər müzakirəyə çıxarılır. Məqsəd xarici iqtisadi fəaliyyət iştirakçılarının qarşısına çıxan çətinliklərinhəlli və gömrük əməkdaşları ilə sahibkarlar arasında münasibətlərdə şəfafflığın təmin edilməsi istiqamətində səyləri birləşdirməkdir.

Sonra sahibkarların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənib.

Son xəbərlər