18/03/2019 18:41
728 x 90

Xəstəxanalarda infeksion nəzarət məntəqələri…

“İnfeksion xəstəliklərlə bağlı xüsusi komitənin yaradılmasına lüzum yoxdur”

img

Rasif Bağırov: “İnfeksion xəstəlikdən əziyyət çəkənlərə dispanserlər tərəfindən…”

 

Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin və funksiyalarının yaradılmasına ehtiyac var. Çünki bu funksionallıq saxlanmadıqda təkcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəlik də təhlükəli hala gələ bilər. Milli Məclisin (MM) Səhiyyə komitəsinin ötən iclasında infeksion nəzarət komitələri yaradılması təklif olunur.

Bildirilir ki, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir: “Çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir. Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əskikliklər var. Əminliklə deyərəm ki, vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda, onun sağlamlığında gələcəkdə problemlər yaranır.

Ancaq bəzi ekspertlər infeksion nəzarət komitələrinin yaradılmasının əleyhinədirlər.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov bizimlə söhbətində qeyd etdi ki, infeksion xəstəliklərlə bağlı xüsusi komitənin yaradılmasına lüzum yoxdur: “Bunun üçün əlavə bir komitənin yaradılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının “Səhiyyə haqqında” Qanununda qeyd olunur ki, müxtəlif infeksion və ya təhlükəli infeksion xəstəliklərin nəzarətdə saxlanması ilə bağlı xüsusi qaydalar mövcuddur. Həkimlər bu problemi nəzarətdə saxlayandan sonra əlavə komitənin yaradılmasına ehtiyac yoxdur. Çünki bizdə vərəm xəstəliyindən əziyyət çəkənlərə bu sahə ilə məşğul olan dispanserin xüsusi həkimləri tərəfindən nəzarət olunur. İnfeksion xəstəlikdən əziyyət çəkənlərə dispanserlər tərəfindən nəzarət edilir. Belə olduğu halda, yaradılması təklif olunan qurum hansı işi görəcək və xəstələrə hansı formada nəzarət edəcək?”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə yüksək səviyyədə aparılır. Qeyd olunan xəstəlikdən əziyyət çəkənlərin müalicəsində problem yaşanmır.

Günel CƏLİLOVA 

Son xəbərlər