24/03/2019 03:51
728 x 90

Azərbaycan Baş Prokurorluğu ilə Belarusun İstintaq Komitəsi arasında əməkdaşlıq Sazişi imzalandı - FOTO

img

Azərbaycan Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Qonaqları Baş prokuror Zakir Qaralov qəbul edib, iki ölkə orqanlarının əlaqələrinin inkişaf yolundan və Əliyev – Lukaşenko dostluğunun bu istiqamətdə verdiyi faydalardan danışıb.

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Müzakirə nəticəsində iki dövlət orqanı arasında əməkdaşlıq perspektivlərini müəyyənləşdirən “Əməkdaşlıq Haqda Saziş” imzalanıb.

Belarus nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşdur.

Son xəbərlər