24/03/2019 03:50
728 x 90

Samir Şərifov xidməti avtomobillərlə təmin olunacaq vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxıldığını deyir

img

Hazırda xidməti nəqliyyat vasitələri ilə təmin olunmalı olan vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxılır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Maliyyə Nazirliyi bu istiqamətdə təkliflər hazırlayıb: "Hələ ki son qərar verilməyib. Bu barədə qərar qəbul etmək Maliyyə Nazirliyinin səlahiyyətində deyil ”.

Son xəbərlər