24/03/2019 03:46
728 x 90

Polisin məktəblilərlə maarifləndirici görüşü bu dəfə Şabranda baş tutdu - FOTO

img

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ağalıq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji heyəti və rayon ziyalıları iştirak edib.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadlarından bəhs edib. O bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmur. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.

Daha sonra erkən nigah və dini radikalizm mövzusunda danışan M.İbrahimov cəmiyyətdə rast gəlinən belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən digər iştirakçılar da keçirilən maarifləndirici tədbirin mahiyyətindən danışaraq, təşkilatçılığa görə Şabran RPŞ-nin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.

Son xəbərlər