24/03/2019 03:52
728 x 90

Gömrük Akademiyasında yeni təlim – məqsəd bəzi stereotipləri dəyişə bilən əməkdaşlar yetişdirməkdir... - FOTO

img

Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə,  Akademiyada gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil olunan növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlimlər zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqları əldə etdiklərini bildirib. O yeni, tam fərqli, gömrük orqanlarına olan bəzi stereotipləri, münasibəti dəyişə bilən əməkdaşların yetişdirilməsinin zəruri olduğunu deyib. 

Akademiyanın rəisi Qulu Novruzov budəfəki təlimlərdə 37 nəfərin iştirak etdiyini və təlimlərin beş həftə ərzində davam etdiyini deyib. Akademiya rəisi dinləyicilərin Akademiyada dörd həftəlik nəzəri dərslərlə yanaşı, DGK-nın strukturlarında və müxtəlif gömrük xidməti orqanlarında bir həftəlik təcrübə kursu keçdiklərini də qeyd edib. Qulu Novruzov təlimlərin dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.

Sonra dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb. Daha sonra  xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.

Son xəbərlər