24/03/2019 03:52
728 x 90

Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti öyrənən monitorinq qrupunun fəaliyyəti bərpa edildi - FOTO

img

Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.

Çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir. Onların bəzilərində çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir. Paytaxtla yanaşı, mərkəzdənkənar yerlərdəki köşklər də tələblər səviyyəsindən aşağıdır.

İclasda, həmçinin, Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu vurğulanıb.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Martın 14-dən işə başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyəti qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur. 

Son xəbərlər