23/02/2019 05:46
728 x 90

Gömrükçülər minlərlə aksizsiz siqaret qutusu aşkarladı - FOTO

img

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında qanunsuz yolla ölkəyə gətirilən külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı nəqliyyat vasitəsi saxlanıb və ona gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə edilməklə gizlədilən,  aksiz markası ilə markalanmayan  9580 ədəd “Marlboro Gold Edge”, 2000 ədəd “Parliament Carat”, 1000 ədəd “Marlboro Fine Touch”, 1000 ədəd “Milano London” , 600 ədəd “Malimbo one”, 1200 ədəd “Parliament Super Slims”, 400 ədəd “Parliament Aqua Blue”, 1400 ədəd “Kent Silver” markalı, ümumilikdə 17180 ədəd siqaret və 4 ədəd 1 litrlik “Celsius” markalı  araq,  2 ədəd 1 litrlik “Black Ram” markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər