23/02/2019 05:42
728 x 90

Cəlilabad polisi məktəblilərlə görüş keçirdi - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Uzuntəpə kənd 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında  görüş keçirilib.

Tədbirdə Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev çıxış edərək, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, eyni zamanda bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb.

Tədbirdə, eyni zamanda, erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.

Çıxış edən məktəbin direktoru Raqif Binyatov və digərləri polis əməkdaşları  tərəfindən təhsil müəssisələrində belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər