23/02/2019 05:40
728 x 90

Sumqayıtda qəzalı evin məcburi köçkün sakinlərinin Abşeronun müasir yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

img

Fevralın 7-də Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanıb.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görəölkə rəhbərliyinə təşəkkür edib.

Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.

Baki-xeber.com

Son xəbərlər