23/02/2019 05:40
728 x 90

“İşsizin DOSTu” layihəsinin iştirakçıları iki ayda 7 min nəfər artıb – 23 min…

“İşsizin DOSTu” proqramının əhəmiyyətindən biri də odur ki, peşəkar insan istənilən yaşda iş tapa bilər”

img

Əli Əlirzayev: “Dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas məqsədi ölkədə işsizliyin aşağı həddə salınmasıdır, son zamanlar bu sahədə görülən işlər, həyata keçirilən layihələr müsbət nəticələr verir”

 

Məlumdur ki, ötən aydan ölkəmizdə daha bir sosial layihənin reallaşmasına başlanıb. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “İşsizin DOSTu” proqramı icra olunur. Proqramın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Açıqlanan statistik rəqəmlərə əsasən, “İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 23 mini ötüb. Fevral ayının ilk günlərində rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən daha 7 mindən çoxu "İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, onlarla əmək müqaviləsi bağlanıb. Bundan sonra isə ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlayıblar.

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayının 23 mini keçməsinin əhəmiyyəti barəsində danışan iqtisadçı-ekspert Əli Əlirzayev qəzetimizə açıqlamasında qeyd etdi ki, məşğulluğun artırılması istiqamətində istənilən layihənin həyata keçirilməsi təqdirəlayiqdir: “Məlumdur ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas məqsədi ölkədə işsizliyin aşağı həddə salınmasıdır. Sevindiricidir ki, son zamanlar bu sahədə görülən işlər, həyata keçirilən layihələr müsbət nəticələr verir.

İşaxtaran şəxslərin ödənişli və müqavilə əsasında işə cəlb olunması sevindiricidir. Bu o deməkdir ki, çoxlu sayda vətəndaş işlə təmin olunmaqla ailəsinin sosial problemini həll edəcək. Həmçinin, işə cəlb olunan insanlarla əmək müqaviləsinin imzalanması həm işçiyə olan hörmət, həm də işin formal olmaması anlamına gəlir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, “İşsizin DOSTu” proqramının əhəmiyyətindən biri də odur ki, peşəkar insan istənilən yaşda iş tapa bilər. Əgər müəllim ixtisara düşürsə, o, başqa məktəbdə də gedib işləyə bilir. Lakin, ümumilikdə, orta yaşlı insanlar daha rahat və sərbəst iş tapmağa üstünlük verirlərsə, o zaman “İşsizin DOSTu” və ya özünüməşğulluq proqramlarına müraciət edə bilərlər.

Günel CƏLİLOVA

Son xəbərlər