26/03/2019 23:56
728 x 90

AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edildi - FOTO

img

1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur. 

Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi.  Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.

Hər il olduğu kimi, bu il də AHİK-də və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq  2019-cu il yanvarın 9-da ənənəvi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.

Görüşdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hər zaman həmkatlar ittifaqı təşkilatlarının diqqətində olduğunu, problemlərinin həllinə daim həssaslıqla yanaşıldığını,  şəhid olmuş soydaşlarımızın xalqımızın qəlbində əbədi yaşayacağını, xatirələrinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb. S.Möhbalıyev bir daha iştirakçıları əmin edib ki, həmkarlar irrifaqları olaraq, torpaqlarımızın azadlığı uğrunda canından  keçən şəhid övladlarımızın ailə üzvlərinə bundan sonra da qayğı və diqqəti əsirgəməyəcəklər.

Görüşdən sonra 104 şəhid ailəsinin hər birinə200 manat maddi yardım təqdim edilib.

Son xəbərlər