26/03/2019 23:53
728 x 90

Dövlət Miqrasiya Xidmətinin rəisi sahibkarlara cavab verdi...

img

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq icazələrin alınmasında (sənədlərin təqdim edilməsi, götürülməsi və sair) nümayəndə vasitəsilə təmsil olunmaqla bağlı sahibkarlıq subyektləri və hüquqi yardım şirkətləri tərəfindən ünvanlanan sualları cavablandırıb.

Trend-in məlumatına görə, V.Hüseynov bildirib ki, sahibkarlıq fəaliyyəti subyektləri (şirkətlər və sair) müvafiq icazələrin alınması ilə bağlı həm özləri, həm də nümayəndə vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Nümayəndələrdən icazələrin alınması üçün sənədləri təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədi və etibarnaməni təqdim etmələri xahiş olunur.

Qurum rəhbəri qeyd edib ki, sahibkarı xidmət müqaviləsi əsasında hüquqi yardım şirkəti təmsil etdikdə həmin müqavilənin də təqdim olunması istənilir.

V.Hüseynovun sözlərinə görə, nümayəndələrin mütləq qaydada sahibkarların işçisi olması və ya məcburi qaydada qeydiyyatdan keçməsi ilə bağlı tələblər yoxdur.

Son xəbərlər