11/12/2018 11:43
728 x 90

Aqil Abbas MTRŞ-yə yeni səlahiyyətlərin verilməsinə çağırdı

img

Bu gün Azərbaycanda bəzi televiziya kanallarında yayımlanan bir sıra verilişlərin millətə nəyi aşıladığı bəlli deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas qeyd edib ki, bəzi verilişlər milli-mənəvi dəyərləri kobud surətdə pozur: "Axşama qədər kiminsə saçının qırxılması, kiminsə axtarışına həsr olunan verilişlər var. Bu verilişlər əxlaqdan kənardır, insanları pozur”.

Deputat bildirib ki, Milli Televiziya və Radio Şurası səlahiyyət verilməlidir ki, sözügedən verilişlərlə bağlı tədbirlər görsün.

Son xəbərlər