15/12/2018 16:12
728 x 90

Bakıdakı dayanacaqları kimlər və niyə sındırır…

img

Paytaxtımızın küçələrindəki dayanacaqların bir qismi nasaz vəziyyətdədir. Bu dayanacaqlarda şüşələr naməlum şəxslər tərəfindən sındırılıb. Digər qüsurları da müşahidə etmək olar.

Yağışlı və küləkli havada dayanacaqda və ya kənarda dayanmağın fərqi yoxdur. Çünki bəzi dayanacaqlar elə vəziyyətdədir ki, nə yağışdan, nə də küləkdən qorunmaq mümkün deyil. Demək olar ki, paytaxtın çox yerində eyni mənzərə ilə rastlaşmaq olar. Bəzi yerlərdə şüşə qırıntıları yerə səpələnib. Bu da  uşaqlar üçün təhlükəlidir. Valideynlər də bundan narazıdırlar. Bizimlə söhbətində bəzi valideyinlər xüsusilə azyaşlı uşaqların şüşə qırıntılarına toxunaraq zədə ala biləcəklərindən narahatlıqlarını bildirdilər. Dayanacaqlar dövlət vəsaiti ilə düzəldilib, onların qorunub saxlanması hər bir vətəndaşı qayğılandırmalıdır. Dayanacaqlar da dövlət əmlakıdır və bu əmlaka ziyan vuran şəxslərə qarşı cərimələr tətbiq edilməlidir. Amma hələlik kiminsə cərimələnməsi halları ilə rastlaşmamışıq. Dayanacaqların vəziyyətinə nəzarət edən məsul şəxslər bu problemlə bağlı lazımi tədbirlər görməlidirlər. Unutmaq olmaz ki, paytaxtımıza dünyanın bir çox ölkəsindən turistlər gəlirlər. Onlar şəhərin küçələrində dayanacaqları bu vəziyyətdə görüb nə fikirləşərlər? Bu məsələdə ictimai qınaq da olmalıdır. Ümid edək ki, bu işlə məşğul olan aidiyyəti qurumlar tez bir zamanda problemin həllində müsbət dönüş yaradacaqlar.

Ülviyyə GÜLBABAQIZI

Son xəbərlər