15/12/2018 16:09
728 x 90

Rusiyalı turistləri Azərbaycanda cəlb edən nədir...

“Qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur”

img

Bahadur Bilalov: “Dil probleminin olmaması rusları ölkəmizə cəlb edir”

 

Azərbaycan turizminə səyahətçilərin marağı günü-gündən artır. Tək uzaq ölkələrin deyil, eynilə qonşu ölkələrin vətəndaşları Azərbaycana səyahət etməyə maraq göstərirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, ölkəyə gələn turistlər arasında rusiyalılar ilk sırada yer alır. Hətta bu günlərdə Prezident İlham Əliyev

Rusiya vətəndaşlarını Azərbaycana turizm səfərinə dəvət etdi. "Rusiya-24" telekanalına müsahibəsində dövlət başçısı bildirib ki, ölkəyə gələn turistlərin arasında birinci yeri Rusiya vətəndaşları tutur. O qeyd edib ki, il hələ bitməyib, ancaq artıq 800 mindən artıq rusiyalı ölkəmizə gəlib. Rusiyalılar daimi olaraq birinci yerdədirlər: “Turistləri, ilk növbədə, burada hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəldikdə isə, düşünürəm ki, onlar özlərini öz evlərinkəki kimi hiss edirlər. Burada dil baryeri yoxdur, onlara qarşı çox yaxşı münasibət bəslənir, ortaq tariximiz də əhəmiyyətli rol oynayır. Təhlükəsizlik, rahatlıq, Azərbaycan xalqının qonaqpərvərliyi, tarixi abidələr, iqlim səviyyəsi - turistləri Azərbaycana cəlb edən amillərin sayı çoxdur. Hesab edirəm ki, rusiyalılar  məni eşidir. Mən onları məmnuniyyətlə ölkəmizə səfərə dəvət edirəm. Onlara hər zaman çox şadıq”.

Ekspertlərin fikrincə, rusiyalılar Azərbaycana, eynilə azərbaycanlılar da Rusiyaya səfər etməkdə maraqlıdırlar. Rusiyalı turistləri ölkəmizə cəlb edən səbəblər haqqında danışan turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ölkəmizə gələn turistlərin böyük hissəsini rusiyalı səyahətçilər təşkil edir. Bunun obyektiv səbəbləri var: “İlk olaraq bildirim ki, məsafə yaxınlığı rusiyalı turistləri ölkəmizə cəlb edir. Qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur. Bu baxımdan rusiyalı turistlər səyahət üçün ölkəmizə gəlirlər”.

Rusların üz tutduğu ənənəvi istirahət mərkəzlərində baş verən terror hadisələri, yaşanan qeyri-stabillik onların fikrinə təsir edir. Həmçinin, dil probleminin olmaması rusları ölkəmizə cəlb edir. Onlar sərbəst şəkildə öz dillərində danışırlar. Ruslar fikirlərini sərbəst şəkildə öz dillərində ifadə etdikləri üçün ölkəmizə üz tuturlar.   

Ölkəmizə gələnlər arasında əslən Azərbaycan vətəndaları da üstünlük təşkil edir. Onlar öz doğmalarını ziyarət etmək məqsədilə ildə bir neçə dəfə Azərbaycana gəlirlər. Həmsöhbətimizin sözlərinə görə, rusiyalı turistlər daha çox Azərbaycanın çimərlik turizminə üstünlük verirlər: “Bunun da müəyyən səbəbləri var. İlk növbədə bildirim ki, Türkiyədə olan ruslar Azərbaycana gələndə qiymət fərqini hiss edirlər. Onlar Türkiyədə xərclədikləri vəsaitdən daha az məbləği Azərbaycanda sərf edirlər. Bu səbəbdən də ruslar ölkəmizə üstünlük verirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər