19/11/2018 18:26
728 x 90

Ədliyyə naziri Fikrət Məmmədov Balakəndə vətəndaşları qəbul edib

img

Noyabrın 8-də ədliyyə naziri Fikrət Məmmədov Balakən rayonu Mədəniyyət Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Nazirliyin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.

Son xəbərlər