19/11/2018 18:28
728 x 90

Zaqatalada inşa olunmuş ən müasir Ədliyyə binası Fikrət Məmmədovun iştirakı ilə istifadəyə verilib - FOTO

img

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa olunmuş müasir binanın açılışı olub.

Nazirliyin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən ədliyyə naziri dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib.

Nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərin bu sahədə fəaliyyətin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarını artırmaqla əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd edib.

Dövlət Bayrağı Gününün qeyd olunduğu bu ərəfədə istifadəyə verilən binada, həmçinin, qabaqcıl İKT-lərin, elektron informasiya sistemlərinin tətbiqi üçün lazımı şəraitin yaradıldığı bildirilərək, onların fəaliyyətdə aşkarlığın təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.

Mərasimdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və digər natiqlər respublikamızın hərtərəfli tərəqqisinə, ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər