19/11/2018 16:12
728 x 90

Cəlilabad Polisinin 1 və 8 saylı məktəb şagirdləri ilə görüşündə erkən nikahların fəsadları da gündəmdə idi... - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində şəhər 1 və 8 saylı məktəblərin şagirdləri ilə “Narkomaniyaya yox deyirik”, “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici görüş keçirilib.

Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev əvvəlcə məktəbliləri qarşıdan gələn əlamətdar bayramlar- Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə təbrik edib.

Şöbə rəisi bildirib ki, hər bir gənc zərərli vərdişlərdən, xüsusilə narkotik vasitələrdən uzaq durmalı, təhsilə və idmana həvəs göstərməli, gələcək üçün gərəkli bir vətəndaş olmalıdır. O qeyd edib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd məhz şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar, insanların sağlamlığına vurduğu böyük zərər barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir.Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və  psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün üçün layiqli vətəndaş ola bilməz.

Rayon Mərkəzi Xəstəxanasının narkoloji şöbəsinin həkimi Hilal Quliyev isə çıxışında narkotik maddələrin insan orqanizminə dağıdıcı təsirindən və fəlakətli nəticələrindən danışıb. Həmçinin onu da deyib ki, narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotika istifadəçilərinin erkən müraciətləri bir çox hallarda uğurlu müalicə ilə nəticələnir.

Tədbirdə erkən nikahın da bu gün aktual mövzu olduğu vurğulanıb, onun da acı nəticələrinə dair məktəblilərə geniş məlumat verilib. Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrinin onların təhsilinə, bir fərd kimi sonrakıinkişaflarına ciddi əngəl olduğu, gələcəkləri üçün yaxşı heç nə vəd etmədiyi qeyd edilib.

 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Məhəmməd RZAYEV
polis leytenantı

Son xəbərlər