19/11/2018 16:09
728 x 90

ABŞ Bərdənin Güloğlular kəndində tikdirdiyi yeni məktəbi açdı… - FOTO

img

Noyabrın 8-də Bərdə rayonunun Güloğlular kəndində həm yerli sakinlərdən, həm də məcburi köçkün ailələrindən 220 nəfər üçün yeni məktəb açılıb.

ABŞ-ın Azərbaycan səfirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, məktəb ABŞ-ın Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı tərəfindən ABŞ-ın Bakıdakı səfirliyindəki Müdafiə Əməkdaşlığı İdarəsi tərəfindən inşa edilib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın bir sıra rəsmilərinin, o cümlədən ABŞ-ın Müvəqqəti işlər vəkili William Gill, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri, Təhsil Nazirliyi, Bərdə İcra hakimiyyəti və ABŞ Ordusu Mühəndislər Korpusunun (USACE)  iştirakı ilə məktəbin rəsmi açılış rəmzi olan qırmızı lent kəsilib. ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı Şöbəsindən Kapitan-leytenant Jonathan Norris və Mayor Stiven Garvin də tədbirdə iştirak edib.

Bu yeni məktəb böyük sinif otaqları ilə təhlükəsiz, sağlam və müasir məktəb şəraiti təmin etməklə uşaqların tədris mühitini yaxşılaşdıracaq. Bu, ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı vasitəsilə ABŞ-ın həyata keçirdiyi sayca 17-ci məktəb layihəsidir. Gələcək il üçün on səkkizinci məktəbin tikilməsi planlaşdırılır.

2003-cü ildən etibarən ABŞ Müdafiə Nazirliyi, məktəb tikintisi və su təchizatı layihələri də daxil olmaqla, Azərbaycanda məcburi köçkün ailələrinə yardım məqsədilə həyata keçirilən 23 humanitar yardım layihəsini maliyyələşdirmək üçün təxminən 6 milyon dollar vəsait ayırıb.

Son xəbərlər