17/12/2018 09:58
728 x 90

Əhliman Əmiraslanov seçicilərini və səhhətində problem olan vətəndaşları parlamentdə ayrı-ayrılıqda qəbul etdi

img

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman  Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Milli Məclisdən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda həm səhhətində müxtəlif problemləri olan vətəndaşlar, həm də Əhliman Əmiraslanovun təmsil etdiyi  65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və əsasən sosial problemlərinin həlli üçün müraciət edən seçicilər  iştirak edib. Müraciət edən vətəndaşları  ayrı-ayrılıqda qəbul edən Əhliman Əmiraslanov onları narahat edən məsələləri,  onların problem və təkliflərini dinləyərək bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini  bildirib.

Baki-xeber.com

Son xəbərlər