25/09/2018 05:56
728 x 90

Ramil Usubov sentyabrın 29-da Lənkəranda qəbul keçirəcək

img

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il sentyabr ayının 29-da saat 10:00-da  Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir. 

Son xəbərlər