18/11/2018 06:31
728 x 90

“Azercell”dən GəncOL 8 tarif paketinə qoşulan abunəçilərinə hədiyyə internet...

img

Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom” dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir.

12.09.18 - 15.12.18 tarixlərində keçiriləcək yeni kampaniya çərçivəsində GəncOL 8 tarifinə qoşulan hər bir kəs “Azercell”dən aylıq 1GB hədiyyə əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla növəbti 3 ayda yararlana biləcəklər. GəncOL 8 tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G8 yazıb 7575-ə göndərməlidirlər. Beləliklə, ayda cəmi 8 AZN ödəyib GəncOL 8 tarif paketinə qoşulmaqla abunəçilər 4GB əvəzinə 5GB internet, üstəlik, GəncOL abunəçiləri arasında 400 pulsuz dəqiqə, şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.

Gənc OL 8 tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla “Azercell” müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hazırda GəncOL paketi ilə abunəçilər 200-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər