25/09/2018 07:54
728 x 90

Prezident mənəvi dəyərlərimizin müdafiəsinə növbəti dəfə böyük kapital yönəltdi...

“Azərbaycanda mənəvi dəyərlərin qorunması həmişə dövlətin diqqətində olub”

img

Qiymət Məhərrəmli: “Bu gün milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması çox vacibdir”

 

Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalaayıb.

Sərəncamla Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Məsələ barədə danışan filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli qəzetimizə açıqlamasında qeyd etdi ki, Azərbaycanda mənəvi dəyərlərin qorunması həmişə dövlətin diqqətində olub. Danılmaz faktdır ki, bu sahəyə dövlət hər zaman xüsusi diqqətlə yanaşıb.

Həmsöhbətimizin sözlərinə görə, mənəvi dəyərlər Azərbaycanın tarixi-mədəni, milli düşüncəsinin ayrılmaz parçasıdır: “Nəzərə almaq lazımdır ki, mənəviyyatı olmayan xalq məhvə məhkumdur. Azərbaycan xalqı isə tarix boyu öz mənəvi dəyərlərini qoruyub saxlayıb. Mərhum prezident Heydər Əliyev və ölkə başçısı İlham Əliyev mənəvi dəyərlər sisteminin inkişafına, onun cəmiyyətdə daha geniş səviyyədə qorunmasına böyük dayaq durub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, mənəvi dəyərlərimiz xalqımızın simasında, əqidəsində, əməlində yaşayıb, bizi başqa xalqlardan fərqləndirib”.

Q.Məhərrəmli onu da dilə gətirdi ki, bu gün milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması çox vacibdir. Sevindirici haldır ki, buna dövlət dəstək verir: “Bu sahədə aidiyyəti ictimai qurumlar da işlər görməli, mənəvi dəyərlərimizi təbliğ etməlidirlər”.

Günel CƏLİLOVA

Son xəbərlər