26/09/2018 05:35
728 x 90

Azərbaycanda məscid və digər dini ibadətgahların təmiri üzrə dövlət fəaliyyətinin böyük nəticəsi…

“Məscidlərlə yanaşı, xristian kilsələri və digər ibadət ocaqlarının təmir olunması ölkədə tolerantlıq mühitinin yaradılmasında önəmli rol oynayır”

img

Seyid Camal Əzimbəyli: “Azərbaycan milli-mənəvi, dini dəyərlərin təəssübkeşidir”

 

Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunəvi bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Dövlət-din münasibətləri deyiləndə ilk olaraq Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısı göz önünə gətirilir. Bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir.

Ölkəmizdə fəaliyyət göstərən məscidlər və digər dinlərin ibadət yerləri təmir və bərpa olunur. Digər dinlərin ibadət yerlərinin təmir olunması ölkədə tolerantlıq mühitinin yaradılmasında nə kimi rol oynayır?

Şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan milli-mənəvi, dini dəyərlərin təəssübkeşidir. Artıq bu haqda bütün xarici ölkələr məlumatlıdır: “Ölkəmizdə yaşayan digər xalqların ibadət etdiyi dinlərin təəssübkeşi Azərbaycandır. Bu gün ölkəmizdə çoxlu sayda məscid var. Bununla yanaşı, digər dinlərin ibadət ocağı da mövcuddur. Kilsə, sinaqoq və digər dinlərin ibadətgahları Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Bunun ən bariz nümunəsi son illər ölkədə digər dinlərin Azərbaycan nümayəndəliklərinə dövlət tərəfindən ayrılan vəsaitdir. Həmin vəsait hesabına digər dinlərin ibadət məskənləri təmir və bərpa olunur. Məscidlərlə yanaşı, xristian kilsələri və digər ibadət ocaqlarının təmir olunması ölkədə tolerantlıq mühitinin yaradılmasında önəmli rol oynayır”.

Həmsöhbətimiz onu da bildirdi ki, bir müddət öncə ölkə başçısı İlham Əliyev tərəfindən mənəvi dəyərlərin təbliği fondu yaradılıb. Belə bir fondun yaradılması onu sübut edir ki, dövlət başçısı tərəfindən mənəvi dəyərlərə xüsusi münasibət bəslənir. Bu, bir növ, bütün dünyaya vəhdətin, tolerantlığın, birlik və bərabərliyin gözəl bir mesajıdır.

Günel CƏLİLOVA

Son xəbərlər