25/09/2018 07:50
728 x 90

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı altında dini icmaların nümayəndələri ilə görüş keçirildi... - FOTO

img

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyət”, “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib.

Rayon məscidində təşkil olunan görüşdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, şöbənin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad RPŞ-nin rəisi M.Quliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu var və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. Polis rəisi qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, din hər zaman dövlətin dayağı kimi çıxış edib. M.Quliyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirlərdə, həmçinin, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib.  Narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.  Sonda polis rəisi tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şikayətlər dinlənilib.

Son xəbərlər