24/09/2018 08:27
728 x 90

Azərbaycan Məhərrəmlik mərasimlərinin icrasında da ayrıca modelə sahiblənib – dini icmalar arasında ümumi həmrəylik pozulmur…

“Digər ölkələrlə müqayisədə Azərbaycanda dini mərasimlərin icrası sağlam baxışlar formasında həyata keçirilir”

img

İsmayıl Əhməd: “Məhərrəmlik ayı zamanı icra olunan dini mərasimlər ölkəmizdə fəaliyyət göstərən dini icmaların maraqlarına hər hansı bir təsir etmir”

 

Bu gündən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır. Bu ayın 10-cü günü - Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.

Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Qeyd edək ki, Azərbaycanda Aşura və digər mərasimlər başqa dini icmalarla tolerantlığa heç bir ziyan vurmadan tam dinc şəraitdə icra olunur. Təbii ki, bu, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən biridir.

Məhərrəmlik ayı zamanı keçirilən mərasimlərdə dini icmaların mənafelərinə, maraqlarına heç bir ziyan vurulmur. Çox sakit və sivil formada dini mərasimlər həyata keçirilir. Maraqlıdır, Azərbaycan buna necə nail olub?

İlahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda Məhərrəmlik mərasimləri sivil formada həyata keçirilir: “Xatırladım ki, illər öncə də Məhərrəmlik mərasimləri keçirilən zaman xoşagəlməz səhnələr müşahidə olunmurdu. Dini mərasimlərə hər zaman hörmətlə yanaşılıb”.

Həmsöhbətimizin sözlərinə görə, dini mərasimlərin sivil formada keçirilməsi səbəblərindən biri də əhalinin dini savad səviyyəsi ilə bağlıdır: “Digər ölkələrlə müqayisədə Azərbaycanda dini mərasimlərin icrası sağlam baxışlar formasında həyata keçirilir. Məhərrəmlik ayı zamanı icra olunan dini mərasimlər ölkəmizdə fəaliyyət göstərən dini icmaların maraqlarına hər hansı bir təsir etmir. Təbii ki, bu da əhalinin dini savadının elmə söykənməsi ilə bağlıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər