19/11/2018 07:53
728 x 90

III Azərbaycan Elm Festivalının keçirilmə tarixləri açıqlandı

img

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə oktyabrın 9-30-da ölkəmizdə III Azərbaycan Elm Festivalı keçiriləcək. Akademiyadan Trend-ə verilən məlumata görə, festival UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Quba şəhərlərində bir sıra tədbirlər keçiriləcək.

Hər iki ildən bir təşkil olunan festivalın keçirilməsində məqsəd yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılmasıdır. Elmi festival çərçivəsində gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Son xəbərlər