11/12/2018 02:46
728 x 90

Bakıda abad məhəllələr dövrü gəlir…

“Abad həyət və ya məhəllə sakinlərin rahatlığı ilə yanaşı, şəhərin ümumi görkəminə də müsbət təsir göstərəcək”

img

İlqar Hüseynli: “Abad məhəllələrin yaradılmasında əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, Bakını daha da gözəlləşdirməkdir”

 

Məlum olduğu kimi, Bakıda yeni abad həyət və məhəllələr yaradılır. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunur ki, ilk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şəraitin yeni səviyyəyə çatdırılması işləri aparılır.

Qeyd edək ki, görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. 

Bakıda yeni abad həyət və məhəllələr yaradılmasının müsbət təsiri haqqında danışan sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində qeyd etdi ki, paytaxt əhlinin sosial problemlərinin həllinə, vətəndaş məmnunluğuna xidmət edən bu tip layihələr müsbət qarşılanmalıdır: “Nəzərə almaq lazımdır ki, çoxmərtəbəli binaların girişi sakinlərin rahatlığına səbəb olacaq formada düzələcək. Vətəndaşların istirahəti üçün yeni abad məhəllələrinin yaradılması bina sakinlərinin rahatlığına səbəb olacaq”.

Həmsöhbətimiz hesab edir ki, abad məhəllələrin yaradılmasında əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, Bakını daha da gözəlləşdirməkdir: “Abad məhəllərin yaradılması ilk öncə vətəndaşların rahatlığına səbəb olacaq. Paytaxt sakinləri onlar üçün yaradılan məhəllələrdə istirahət edəcəklər. Həmin məhəllələrdə vətəndaşların istirahəti üçün lazım olan hər bir şərait yaradılacaq. Yaşından asılı olmayaraq, hər kəs abad məhəllədə rahat şəkildə istirahət edə biləcək. Abad həyət və ya məhəllə sakinlərin rahatlığı ilə yanaşı, şəhərin ümumi görkəminə də müsbət təsir göstərəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər