23/09/2018 20:57
728 x 90

Azərbaycanın palçıq vulkanları unikal dərman zavodu üçün əla xammal mənbəyi imiş…

“İxtiol mazı və naşatır spirti əldə etmək üçün ölkədə zavod tikməyə ehtiyac yoxdur”

img

Adil Qeybulla: “Azərbaycanda əczaçılıq zavodu fəaliyyət göstərəcək, bunun üçün hazırlıq işləri görülür və həmin zavodda naşatır spirti və ixtiol mazını da istehsal etmək olar”

 

Tibbdə çox istifadə olunan dərman preparatları arasında naşatır spirti və ixtiol mazı da var. Bayılma və huşun itməsi zamanı naşatır spirtini xəstəyə iylətməklə həmin şəxs özünə gəlir. Naşatır spirit, demək olar ki, hər bir mənzildə mövcuddur və preparatın avtomobil apteçkasında olması zəruridir. Əgər yol-qəza hadisəsi zamanı xəsarət alan şəxsə huşunu itirərsə, özünə gəlməsi üçün mütləq qeyd olunan məhlulu iylətmək lazım gəlir.

Onu da bildirək ki, bəzi dəri xəstəliklərində ixtiol mazından istifadə olunur. 

İxtiol mazı və naşatır spirti zavodunun Azərbaycanda da tikilməsi təklif olunur. Belə bir təkliflə Azərbaycan Milli Elmilər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Vulkanizm şöbəsinin rəhbəri, professor Adil Əliyev çıxış edib. O bir müddət öncə mediaya açıqlamasında qeyd edib ki, tibbdə ən çox işlənən ixtiol mazı və naşatır spirti zavodunun biri Rusiyanın Sızran şəhərində, digəri isə Fransanın Strasburq şəhərində yerləşir. Şöbə rəhbəri təklif edib ki, üçüncü zavod Bakıda tikilsin, belə ki, bu sahədə bizim çox böyük potensialımız var.

Professorun təklifinin reallaşması üçün Azərbaycanda saysız palçıq vulkanı ilkin xammal rolunu oynaya bilər.

Professor, tibb eksperti Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ixtiol mazı və naşatır spirti əldə etmək üçün ölkədə zavod tikməyə ehtiyac yoxdur: “Zavod istifadə verilirsə, o kifayət qədər müasir dərman preparatları üçün nəzərdə tutulmalıdır. Sovet dönəmində Azərbaycanda farmokoloji zavod olub. O zavodda ixtiol və leyner mazı, naşatır spirti və digər məlhəmlər hazırlanıb. Ancaq həmin zavod hazırda fəaliyyətini dayandırıb. O da bəllidir ki, əczaçılıq sənayesi ilə bağlı İranla müştərək dərman zavodu inşa olunacaq. Həmin zavodda milli istehsal olan preparatlar istehsal olunacaq”.

Həmsöhbətimiz hesab edir ki, sırf iki preparat üçün zavod tikmək düzgün olmaz: “Qeyd olunan dərman preparatlarını biz xarici ölkələrdən əldə edirik. Azərbaycanda əczaçılıq zavodu fəaliyyət göstərəcək. Bunun üçün hazırlıq işləri görülür. Həmin zavodda naşatır spirti və ixtiol mazını da istehsal etmək olar”.

Günel CƏLİLOVA

Son xəbərlər