25/06/2018 17:51
728 x 90

Yol polisi azyaşlıları maarifləndirir - FOTO

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəkidə Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə şəhər 2 saylı uşaq bağçasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirilib.Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd yollarda uşaqların həyat və sağlamlığının müdafiəsini təmin etmək ,onları bu istiqamətdə bilgiləndirmək olub.

Tədbirdə çıxış edən DYPB-nin əməkdaşı Tural Niftalıyev yol nişanlarını azyaşlılara göstərərək onlara nişanlar barəsində  məlumat verib, piyadanın vəzifələri barəsində ilkin təsəvvür yaratmağa çalışıb,uşaqları yollarda diqqətli olmağa və qəzalardan uzaq olmağa çağırıb. O bildirib ki, yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçada,məktəbdə müəllimlərin, evdə və yollarda isə valideynlərin üzərinə böyük məsuliyyət düşür.O,qeyd edib ki,böyüklər hər gəzinti zamanı uşaqlara bu qaydaları təkrar- təkrar başa salsalar yollarda da azyaşlılarla bağlı yaşanan xoşagəlməz hadisələrin sayı da azalar.Bu səsbəbdən böyükləri məsuliyyətin fərqinə ciddi varmalarını,müxtəlif vasitələrlə uşaqların yol hərəkəti qaydalarını öyrənməsinə,yol təhlükəsizliyi ilə bağlı maariflənməsinə çalışmalı olduqlarını diqqətə çatdırıb.

Daha sonra uşaqlar yol nişanları barəsində şerlər səsləndiriblər və onları maraqlandıran suallar cavablandırılıb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması , azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində belə tədbirlər davam etdiriləcək.Unutmayaq ki,uşaqların təhlükəsizliyinində əsas məsuliyyəti biz böyüklər daşıyırıq.Yanlarında olmadığımız zaman belə ,verdiyimiz məsləhətlər və şəxsi nümunəmiz onları təhlükələrdən qorumuş ola bilər.

Mahir MƏSİMOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər