12/12/2017 04:57
728 x 90

Veteranlar fəaliyyətdə olan heyətlə bir sırada – Daxili İşlər Nazirliyindən hələlik Azərbaycanda yeganə nümunə…

“Veteran polislərin təcrübəsindən yararlanmaq olduqca zəruridir”

img

Tərlan Musayev: “Düşünürəm ki, ciddi məsuliyyət tələb edən digər sahələrə rəhbərlik edən qurumlar DİN-in bu təcrübəsindən yararlanmalıdırlar”

 

Azərbaycanda polis veteranlarının təcrübəsindən, bilik və bacarığından daha geniş və səmərəli istifadə edilməsi artıq ənənə halını alıb. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında təcrübəsindən istifadə olunur.

Son il­lər öl­kə­nin bü­tün böl­gə­lə­rin­də po­lis ve­te­ran­la­rı­nın təc­rü­bə­sin­dən, bi­lik və ba­ca­rığın­dan istifadə edilir. Po­li­sin fəa­liy­yə­tin­də əl­də olun­muş qa­baq­cıl təc­rü­bə­nin qo­ru­nub sax­lan­ma­sı, da­ha da in­ki­şaf et­di­ril­mə­si məq­sə­di­lə ve­te­ran­la­rın bi­lik və ba­ca­rı­ğın­dan is­ti­fa­də olun­ma­sı­na xü­su­si əhə­miy­yət ve­ri­lir. Gənc əmək­daş­la­rın xal­qı­mı­zın mil­li-mə­nə­vi də­yər­lə­ri, və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə­lən­mə­si, dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sı, mul­ti­kul­tu­ral də­yər­lə­rə sa­diq ol­ma­sı məq­sə­di­lə po­lis ve­te­ran­la­rı­nın on­lar­la gö­rü­şü mü­tə­ma­di xa­rak­ter da­şı­yır. Elə­cə də xid­mə­ti və­zi­fə­lə­ri­nin ic­ra­sı za­ma­nı qar­şı­laş­dıq­la­rı çə­tin­lik­lə­rin öh­də­sin­dən gəl­mək­də gənc­lə­rə ya­xın­dan kö­mək edir­lər. Po­lis ve­te­ran­la­rı­nın təş­ki­lat­lan­ma­sı, bi­lik və ba­ca­rığı, pe­şə­kar­lığı təm­sil olun­duq­la­rı əra­zi po­lis or­qan­la­rı­nın və ni­za­mi his­sə­lə­rin gün­də­lik işin­də də öz müs­bət tə­si­ri­ni gös­tər­mək­də­dir. Bu bəzi cinayətlərin üstünün açılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, təkcə bu ilin bi­rin­ci rü­bü ər­zin­də polis veteranları 1550 ci­na­yət ha­di­sə­si­nin açıl­ma­sın­da iş­ti­rak ediblər. Bütün bunlar bağlı qalan cinayətlərin açılmasına da öz müsbət təsirini göstərir. Faktiki olaraq Daxili İşlər Nazirliyi yeganə qurumdur ki, bu metoddan istifadə edir və təcrübədə çox yaxşı nəticə də verir.

Ümumən DİN-in bu təcrübəsini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən hüquqşünas Tərlan Musayevin sözlərinə görə, polis orqanlarında bu təcrübədən istifadə olunması təqdirəlayiq haldır. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Bilirsiniz ki, polisin funksiyasına yalnız asayışın keşiyində durmaq aid deyil. Polis, həmçinin, törədilən bütün növ cinayətlərin üstünün açılması və ona lazımi hüquqi qiymət verilməsi məsuliyyətini daşıyır. Asayişin keşiyində durmağa cavan, enerjili polis işçiləri tələb olunursa, cinayətlərin üstünün açılması və onların istintaqının aparılması üçün zəngin təcrübə və bacarıq tələb olunur. Olduqca spesifik sahədir. Bu baxımdan da veteran polislərin təcrübəsindən yararlanmaq olduqca zəruridir. DİN-in bu təcrübədən yararlanması həm də özünü doğruldur. Biz bunu cinayətlərin üstünün açılması statistikasına da əsaslanıb deyə bilərik. Müşahidələr göstərir ki, Azərbaycan bu istiqamətdə MDB ölkələri arasında ön sıralarda durur. Düşünürəm ki, ciddi məsuliyyət tələb edən digər sahələrə rəhbərlik edən qurumlar DİN-in bu təcrübəsindən yararlanmalıdırlar. Çünki elə sahələr var ki, orada yalnız nəzəri biliklərə malik olmaq kifayət etmir, təcrübə önəmlidir. Bu baxımdan polisin bu metoddan istifadə etməsi müsbət haldır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər