22/11/2017 15:20
728 x 90

Polisin təşkilatçılığı ilə Masallıda narkomaniya, erkən nikah və dini radikalizmlə bağlı geniş görüş keçirildi... - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılağac kəndində yerli bələdiyyə və icra nümayəndələri, pedaqoqların, yuxarı sinif şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb, dinləyicilərə geniş məlumat verilib.

Əvvəlcə hər üç mövzuda hazırlanmış videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edən Masallı RPŞ-nın rəisi, polis polkovniki Habil Əmiraslanov qeyd edib ki, narkomaniyanın qurbanına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradə zəifliyindən düşür. Onlar gələcəkdə başlarına gələcək müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.Bu cür görüşlərin keçirilməsində məqsəd məhz cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etməkdir.

Həmçinin, erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan Masallı RPŞ-nin rəisi H.Əmiraslanov gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib. Tədbirdə dini radikalizmlə də bağlı məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Məhəmməd RZAYEV
polis leytenantı

Son xəbərlər