22/11/2017 15:23
728 x 90

Bakının ictimai nəqliyyatında peşəkar sürücü bazası…

“Sərnişindaşıma ilə məşğul olanlar üçün ixtisasartırma bazasının yaradılması sürücülərin öz peşələrində daha da ixtisaslaşmasına səbəb olacaq”

img

Azər Allahverənov: “Peşəkar sürücü bazasının yaradılması bacarıqlı sürücülərin önə çıxarılmasında mühüm rol oynayır”

 

Azərbaycanda əhalinin böyük əksəriyyəti hər gün ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatın işinin səmərəli təşkili, xidmət səviyyəsinin yaxşılaşdırılması istiqamətində son dövrlərdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Növbəti tədbirlərdən biri də peşəkar sürücü bazasının yaradılması ilə bağlıdır. Peşəkar sürücü bazası Bakı Nəqliyyat Agentliyi tərəfindən yaradılacaq.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin bazasında Sürücü Təlim Mərkəzi fəaliyyət göstərir. İlkin olaraq daşıyıcılar tərəfindən 3000-dən artıq sürücünün adları sürücü məlumat bazasına daxil edilib: “1 aydan artıq müddətdir bu bazada adları olan sürücülər məcburi şəkildə Sürücü Təlim Mərkəzindəki kurslara cəlb edilib. Təlimi uğurla başa vuran sürücülərə sertifikatlar verilir və onların adı gələcəkdə yaradılacaq peşəkar sürücü bazasına daxil ediləcək”.

Peşəkar sürücü bazasının yaradılması barədə fikir bildirən  nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlmasında qeyd etdi ki, zamanla ictimai nəqliyyatda sürücülərin peşə bacarıqları müzakirə olunur: “Aparılan araşdırmalar zamanı baş verən yol-qəza hadisələrinin sürücünün ucbatından baş verdiyi müəyyən olunur. İctimai nəqliyyatla yanaşı, taksi fəaliyyəti ilə məşğul olan yetərincə sürücü var. Taksi fəaliyyəti ilə məşğul olanlar da sərnişin daşınması ilə məşğul olurlar. Sərnişindaşıma ilə məğul olanlar üçün ixtisasartırma bazasının yaradılması müsbət haldır. Belə bir mərkəzin yaradılması kifayət qədər sürücünün öz peşələrində daha da ixtisaslaşmasına səbəb olacaq. Həmçinin belə bir bazanın olması onların işlə təmin olunması sahəsində önəmlidir. Bu səbəbdən də sürücülər daim öz üzərlərində işləməlidirlər”.

Həmsöhbətimiz hesab edir ki, peşəkar sürücü bazasının yaradılması sürücülər arasında rəqabətin yaranmasına səbəb olacaq: “İctimai nəqliyyat sektorunda sərnişandaşıma ilə məşğul olan şəxslərin bacarıqları kifayət qədər yüksək olmalıdır. Onlar üçün mütəmadi olaraq sərnişindaşıma ilə bağlı təlimlər keçirilməlidir. Belə olan halda, onların bacarıqları daha da təkmilləşər. Peşəkar sürücü bazasının yaradılması bacarıqlı sürücülərin önə çıxarılmasında mühüm rol oynayır”.

Günel CƏLİLOVA  

Son xəbərlər