24/10/2017 06:04
728 x 90

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə! - FOTO

img

Daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi kooperativ yolu ilə tikilən binada mənzillər təklif edir.  

Paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.

Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir. 

Mənzillərin sahələri:

1 otaqlı – 70.63,  72.93 kvm.

2 otaqlı – 88.17,  89.21 kvm.

3 otaqlı – 152.72 kvm.

4 otaqlı – 177.18 kvm.

Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə (tel: (012) 408-81-25) müraciət edə bilər. 

Daxili İşlər Nazirliyi 

Son xəbərlər