20/09/2017 18:48
728 x 90

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

“Pedaqoji sahədə həyata keçirilən islahatlar abituriyentlərin müəllimlik ixtisasına yiyələnmək istəyinə təsir edib”

img

Kamran Əsədov: “I, II, III və IV qruplara yüksək balla daxil olan abituriyentlər ixtisas seçimi zaman pedaqoji ixtisasları seçərsə, Təhsil Nazirliyi tərəfindən onlara...”

 

Artıq tələbə adını qazanan tələbələr bəllidir. İmtahanda yüksək nəticə toplayan abituriyentlər topladığı bala uyğun ixtisas seçimi ediblər. Maraqlı məqam ondan ibarətdir ki, yüksək bal toplayan gənclər ötən illərdən fərqli olaraq pedaqoji ixtisaslara daha çox üstünlük veriblər. Belə ki, 500-dan yuxarı bal toplayan abituriyenlər müəllimlik peşəsini seçiblər.

Qeyd edək ki, əvvəllər yüksək bal toplayan gənclər daha çox hüquq, iqtisadiyyat, beynəlxalıq hüquq, sinxron tərcümə və digər ixtisasları seçirdilər. Ancaq bu il vəziyyət fərqli oldu. Gənclər tarix, Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, xarici dil, kimya müəllimi olmaq istəyirlər .

Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ali məkəbə qəbul zamanı gənclər müəllimlik peşəsinə meyl etmirdilər: “Onların pedaqoji ixtisasa meyl etməmisinin  əsas səbəbi müəllimlərin əməkhaqqının azlığı və bu ada sahib olmağın çətinliyi idi. Ancaq son zamanlar bu sahədə aparılan islahatlar nəticəsində müəllimliyin nüfuzu daha da yüksəlib. Onların peşə nüfuzunun artırılması istiqamətində müəyyən addımlar atılıb. Məsələn, ölkə Prezidenti İlham Əliyev tərəfindən müəllimlərin əməkhaqqının iki dəfə qaldırılması ilə bağlı bir neçə dəfə sərəncam imzalanıb. Onu da deyim ki, 2014-cü ilə qədər müəllimlərin işə qəbulu ilə bağlı neqativ hallar mövcud idisə, artıq müəllimlərin işə qəbulu prosesi mərkəzləşmiş qaydada aparılır. Yalnız bilik və bacarığı olan şəxslər müəllim adını qazanmağa müvəffəq olur”.

Həmsöhbətimiz onu da vurğuladı ki, I, II, III və IV qruplara yüksək balla daxil olan abituriyentlər ixtisas seçimi zaman pedaqoji ixtisasları seçərsə, Təhsil Nazirliyi tərəfindən onlara müəyyən məbləğdə təqaüdün verilməsi həyata keçirilir. Ödənişli və ya ödənişsiz ixtisasda oxumasından asılı olmayaraq, müəllimlik peşəsini seçən hər bir şəxsə təqaüd verilməsi nəzərdə tutulur: “Təbii ki, bu hal gəncləri pedaqoji sahəyə yönləndirir. Hesab edirəm ki, pedaqoji sahədə həyata keçirilən islahatlar abituriyentlərin müəllimlik ixtisasına yiyələnmək istəyinə təsir edib”.

Günel CƏLİLOVA

Son xəbərlər