17/10/2017 15:27
728 x 90

Po­lis "İmiş­li­də inə­yə eks­ko­va­tor­la iş­gən­cə" xə­bə­ri­ni araş­dır­dı...

Bu iş­gən­cə de­yil­di, am­ma...

img

Av­qus­tun 8-də Xə­zər te­le­vi­zi­ya­sı­nın "Xə­zər-xə­bər" proq­ra­mın­da "İmiş­li­də inə­yə eks­ko­va­tor­la iş­gən­cə ver­di­lər" ad­lı vi­deo­sü­jet­də bir qrup şəx­sin inə­yi buy­nu­zun­dan eks­ko­va­to­run çöm­çə­si­nə bağ­la­ya­raq su ka­na­lı­na sal­ma­la­rı, hey­va­na əzab ve­rə­rək onu su­da o tə­rəf-bu tə­rə­fə fır­lat­ma­la­rı əks olu­nub.

Vi­deo­sü­jet­lə əla­qə­dar İmiş­li Ra­yon Po­lis Şö­bə­sin­də araş­dır­ma apa­rı­lıb. Mü­əy­yən edi­lib ki, hə­qi­qə­tən də be­lə bir ha­di­sə iyun ayı­nın axır­la­rın­da ra­yo­nun Ca­han kən­din­də baş ve­rib.

Hə­min vaxt ora­da olan kənd sa­ki­ni Ata­moğ­lan Nu­ri­yev və Göv­hər­li kənd sa­ki­ni Fər­man Əzi­mov Ra­yon Po­lis Şö­bə­si­nə də­vət edi­lə­rək iza­hat­la­rı alı­nıb.

Mü­əy­yən edi­lib ki, hə­min vaxt ra­yo­nun Ca­har kənd sa­ki­ni Ata­moğ­lan Nu­ri­ye­və məx­sus inək çir­kab su­la­rın dol­du­ğu ka­na­la dü­şüb. Sa­hi­bi, pis qo­xu gəl­di­yi üçün su ilə yu­sa be­lə, onun ki­ri­nin get­mə­yə­cə­yi­ni və ba­la­sı olan hey­va­nı bu və­ziy­yət­də evə apar­ma­ğın müm­kün ol­ma­dı­ğı­nı gö­rüb, trak­to­ru olan ya­xın qo­hu­mu Fər­man Əzi­mov­dan inə­yi ya­xın­lıq­da­kı göl­də yu­maq üçün kö­mək is­tə­yib.

On­lar inə­yi "T-28" mar­ka­lı trak­to­run qo­vu­şu­na bağ­la­ya­raq heç bir zə­rər və xə­sa­rət ye­tir­mə­dən göl­də yu­yul­ma­sı üçün bir-iki də­fə sa­ğa-so­la çə­kə­rək hə­rə­kət et­di­rib­lər. 

La­kin ya­yım­la­nan gö­rün­tü­lər də­fə­lər­lə tək­rar­lan­dı­ğın­dan, bu, seyr­çi­lər­də iş­gən­cə tə­əs­sü­ra­tı ya­ra­da­raq hid­dət və qə­zəb oya­dıb.  

Ata­moğ­lan Nu­ri­yev və Fər­man Əzi­mov ba­rə­sin­də İn­zi­ba­ti Xə­ta­lar Mə­cəl­lə­si­nin 290.1.9-cu (ev hey­va­nı sax­la­yan və ya ona ba­xan şəxs tə­rə­fin­dən ev hey­van­la­rı­na mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi qay­da­da nə­zər­də tu­tul­muş qay­ğı­la­rın gös­tə­ril­mə­mə­si­nə gö­rə) mad­də­si­nə uy­ğun ola­raq pro­to­kol tər­tib olu­nub.  

Na­tiq CA­VA­DOV,
DİN mət­bu­at xid­mə­ti­nin əmək­da­şı

Son xəbərlər