17/10/2017 15:28
728 x 90

Dəh­şət­li is­ti­lər­lə uşaq­la­rın gün­vur­ma dər­di də gəl­di...

"Uşaq­la­rın bə­də­ni zə­if ol­du­ğun­dan, möv­cud ha­va şə­rai­ti on­la­ra da­ha tez tə­sir edir"

img

Adil Qey­bul­la: "İs­tər bö­yük­lər, is­tər­sə də uşaq­lar is­ti ha­va­da gü­nəş şüa­la­rı­nı düz­gün sa­at­lar­da qə­bul et­sə, in­san sağ­lam­lı­ğı üçün fay­da­lı­dır"

 

Ha­va­la­rın is­ti keç­mə­si in­san­la­rın səh­hə­ti­nə mən­fi tə­sir edir. Ən çox gü­nəş şüa­la­rı­nın al­tın­da olan şəxs­lər gün­vur­ma­dan əziy­yət çə­kir. Açıq­la­nan rəs­mi mə­lu­mat­la­ra əsa­sən, iyu­nun 1-dən bu gü­nə ki­mi Ba­kı Şə­hər Tə­ci­li və Tə­xi­rə­sa­lın­maz Tib­bi Yar­dım Stan­si­ya­sı­na gün­vur­ma ilə bağ­lı 93 mü­ra­ci­ət olub.

Stan­si­ya­nın baş hə­ki­mi­nin ope­ra­tiv və hos­pi­tal iş­lə­ri üz­rə müa­vi­ni Mu­rad Mir­zə­za­də me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da bil­di­rib ki, gün­vur­ma ilə bağ­lı mü­ra­ci­ət edən­lər­dən 41-i xəs­tə­xa­na­ya yer­ləş­di­ri­lib. Baş hə­ki­min müa­vi­ni qeyd edib ki, on­la­ra am­bu­la­tor yar­dım edil­dik­dən son­ra evə bu­ra­xı­lıb­lar: "Gün­vur­ma ilə bağ­lı mü­ra­ci­ət­lə­rin 17-si uşaq­lar­la bağ­lı olub. La­kin gün­vur­ma nə­ti­cə­sin­də cid­di bir hal və ya ölüm qey­də alın­ma­yıb".

M.Mir­zə­za­də vur­ğu­la­yıb ki, ötən il­lə mü­qa­yi­sə­də bu il be­lə ha­di­sə­lə­rin sa­yın­da hər han­sı bir ar­tım qey­də alın­ma­yıb. Onun söz­lə­ri­nə gö­rə, ötən ilin sta­tis­tik gös­tə­ri­ci­lə­ri­nə nə­zər sal­dıq­da gün­vur­ma ilə bağ­lı mü­ra­ci­ət edən­lə­rin sa­yı ey­ni­dir və cid­di fərq yox­dur.

Bəl­li­dir ki, bö­yük­lər iş­lə­ri açıq ha­va şə­rai­tin­də de­yil­sə, sə­rin, köl­gə olan yer­lə­rə çə­ki­lir­lər. An­caq uşaq­lar­da isə və­ziy­yət fərq­li­dir. Elə uşaq­lar var ki, on­lar ha­va­nın is­ti ol­ma­sı­na bax­ma­ya­raq, açıq ha­va şə­rai­tin­də oy­na­ma­ğa da­vam edir­lər və nə­ti­cə­də gün­vur­ma ilə üz­lə­şir­lər.

Ma­raq­lı­dır, uşaq­la­rı gün­vur­ma­dan ne­cə qo­ru­maq olar?

Tib­bi eks­pert, pro­fes­sor Adil Qey­bul­la bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, ha­zır­da öl­kə­miz­də mü­şa­hi­də edi­lən is­ti ha­va şə­rai­ti in­san­la­rın səh­hə­ti üçün prob­lem­lər ya­ra­dır. Son gün­lər­də ha­va­nın is­ti­ləş­mə­si xü­su­si­lə 4 yaş­dan aşa­ğı uşaq­la­rın, ha­mi­lə qa­dın­la­rın, 65 yaş­dan yu­xa­rı in­san­la­rın, ar­tıq çə­ki­si olan­la­rın, şə­kər, ürək-da­mar, be­yin-da­mar, tə­nəf­füs sis­te­mi xəs­tə­lik­lə­rin­dən əziy­yət çə­kən­lə­rin səh­hə­ti üçün cid­di prob­lem­lər ya­ra­dır: "Bu cür ha­va şə­rai­tin­də gün ər­zin­də müm­kün qə­dər tez-tez van­na qə­bul olun­ma­sı məs­lə­hət­dir. Uşaq­la­ra sə­rin­ləş­di­ri­ci iç­ki ki­mi süd, ay­ran,  tə­zə sı­xıl­mış mey­və su­la­rı, bit­ki və mey­və çay­la­rı­nı ver­mək olar. An­caq uşaq­la­ra tə­miz su da­ha çox xe­yir­dir. Kör­pə­lər isə ma­ye it­ki­lə­ri­ni ifa­də edə bil­mə­dik­lə­ri üçün, va­li­deyn­lə­rin bu möv­zu­da da­ha diq­qət­li ol­ma­sı la­zım­dır". Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, ümu­miy­yət­lə, is­tər bö­yük­lər, is­tər­sə də uşaq­lar is­ti ha­va­da gü­nəş şüa­la­rı­nı düz­gün sa­at­lar­da qə­bul et­sə, in­san sağ­lam­lı­ğı üçün fay­da­lı­dır: "Biz yal­nız yay­da bu şüa­la­rı qə­bul edə bi­li­rik. Bu şüa­lar isə bi­zə ən va­cib olan D vi­ta­mi­ni­ni ve­rir. Sa­də­cə, va­li­deyn­lər bu şüa­la­rın gü­nün han­sı sa­at­la­rın­da qə­bul edil­mə­li ol­du­ğu­nu bil­mə­di­yi üçün, bə­zi fə­sad­lar olur. Sə­hər sa­at­la­rın­da yal­nız sa­at 12-yə və ya mak­si­mum 1-ə qə­dər, ax­şam sa­at­la­rın­da isə 5-dən son­ra is­tə­dik­lə­ri vaxt gü­nəş şüa­la­rı al­tın­da ola bi­lər­lər. Qış ay­la­rı üçün de­toks şə­kil­də D vi­ta­mi­ni al­sın­lar ki, gə­lə­cək­də uşaq­lar­da sü­mük, oy­naq prob­le­mi, D vi­ta­mi­ni ça­tış­maz­lı­ğı ol­ma­sın".

A.Qey­bul­la bil­dir­di ki, uşaq­la­rın bə­də­ni zə­if ol­du­ğun­dan, möv­cud ha­va şə­rai­ti on­la­ra da­ha tez tə­sir edir: "Ha­va­nın tem­pe­ra­tu­ru­nun yük­sək ol­ma­sı qus­ma, is­hal, hal­sız­lıq­la mü­şa­hi­də olu­nur. Ona gö­rə də gün­düz sa­at 1-dən 5-ə qə­dər gü­nəş şüa­la­rı al­tın­da ol­maq məs­lə­hət de­yil. Uşaq­la­rı ge­yin­di­rən za­man ağ rən­gə üs­tün­lük ver­mə­lə­ri yax­şı olar­dı. Çün­ki tünd rəng­li ge­yim­lər şüa­la­rı özün­də sax­la­yır və is­ti­li­yin bə­də­nə ötü­rül­mə­si­nə şə­ra­it ya­ra­dır, ağ rəng isə əks et­di­rir. Bun­dan baş­qa, gün ər­zin­də ki­fa­yət qə­dər ma­ye qə­bul et­mək la­zım­dır. Bə­zən va­li­deyn­lər, səhv ola­raq, süd içən yaş­da olan uşaq­la­ra su ve­rir­lər. 1 ya­şı­na qə­dər uşaq­la­ra nor­mal şə­kil­də süd ve­ril­mə­li­dir. Ən önəm­li­si o olar­dı ki, uşaq 6 ayı­na qə­dər müt­ləq ana sü­dü qə­bul et­sin. Yal­nız 6 ayın­dan son­ra eh­ti­yac olan mə­qam­da az miq­dar­da su ver­mək olar. Am­ma 1 yaş­dan yu­xa­rı olan uşaq­la­ra 1,5, 2 lit­rə qə­dər su içirt­mək olar. Tə­bii ki, uşa­ğın ya­şı art­dıq­ca, ma­ye­nin həc­mi də art­ma­lı­dır. Bu za­man ürək, qan-da­mar sis­te­mi və tər­lə­mə za­ma­nı bə­dən­dən ay­rı­lan su qə­bul edi­lən ma­ye ilə tən­zim­lə­nir. Bun­dan əla­və, is­ti­dən qo­run­maq üçün ho­vu­za, də­ni­zə də get­mək la­zım­dır". 

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər