14/12/2017 10:01
728 x 90

Kö­nül ada­mı... - FOTO

Və be­lə olur əsl ha­mi-tər­bi­yə­çi...

img

O nə şa­ir­di, nə ya­zı­çı, nə rəs­sam, nə də ki, bəs­tə­kar. Haq­qın­da yaz­dıq­la­rı­mı oxu­yan­dan, onu ta­nı­yan­dan son­ra özü­nüz de­yə­cək­si­niz ki, doğ­ru­dan da əsl kö­nül ada­mı­dır.

Əs­lin­də, bu ya­zı­nı çox­dan yaz­ma­lıy­dım, özü də lap çox­dan. Ney­nək, qis­mət bu­gü­nəy­miş. Söz də in­san ki­mi­dir, onun da ta­le­yi, qis­mə­ti, alın ya­zı­sı olur. Söz də do­ğu­lur və in­san ki­mi öm­rü­nü ba­şa vu­rur...

Mət­lə­bi uzat­ma­yıb, baş­la­maq is­tə­yi­rəm. Bi­lən­lər bi­lir ki, bir işi də­rin­dən öy­rən­mək üçün bi­lik­li, ba­ca­rıq­lı ol­maq­la ya­na­şı, gö­rüb-gö­tür­müş­lə­rin təc­rü­bə­sin­dən ya­rar­lan­ma­lı­san. Bu bü­tün xid­mət sa­hə­lə­rin­də be­lə­dir. Hə­yat də­mir­çi kü­rə­si ki­mi­dir, onun zin­da­nın­da dö­yül­mə­sən, sə­nə ya­şa­dı­ğı­nı, var ol­du­ğu­nu hiss et­di­rən ağ­rı­la­rı sev­mə­sən, üzü­nə za­ma­nın sehr­li qa­pı­la­rı açıl­maz...

Dün­ya­da ən çə­tin iş öy­rət­mək­dir. Gə­lə­cə­yi, sa­ba­hı dü­şü­nüb öy­rət­mə­yin həm də bir adı var - xal­qa və döv­lə­tə xid­mət. Xal­qa və döv­lə­tə xid­mət elə­yən­lə­ri, gənc­lə­rə yol gös­tə­rən­lə­ri, "tor­paq­da izi, süf­rə­də üzü olan­la­rı" ya­da sal­maq, xal­qın özü­nə ta­nıt­maq üçün "qı­lın­cı­mı­zı"-qə­lə­mi­mi­zi "qı­nın­dan" çı­xa­rıb işə baş­la­dıq.

Ha­mi-tər­bi­yə­çi­lik ins­ti­tu­tu so­vet mi­li­si­nin də, bu­gün­kü Azər­bay­can Po­li­si­nin də for­ma­laş­ma­sın­da xü­su­si önəm da­şı­yan amil­lər­dən­dir. Gənc əmək­daş­la­ra xid­mə­tin sir­ri­ni, hət­ta çə­tin­li­yi­ni be­lə öy­rət­mək üçün se­çi­lən in­san­lar nə­yə təh­kim olun­duq­la­rı­nın mə­su­liy­yə­ti­ni yax­şı bi­lir. Məhz bu­na gö­rə də hər əmək­da­şı ha­mi-tər­bi­yə­çi tə­yin et­mir­lər. O, fərd ki­mi yet­kin, psi­xo­lo­ji ba­xım­dan ha­zır­lıq­lı, xid­mət et­di­yi sa­hə­də ən azı beş il­lik iş təc­rü­bə­yə ma­lik bi­ri ol­ma­lı­dır. O, hi­ma­yə­si­nə gö­tür­dü­yü gənc əmək­da­şa qa­nun­ve­ri­ci­li­yi, pe­şə­si­nin sir­lə­ri­ni öy­rət­mək­lə ya­na­şı, həm də onu elə for­ma­laş­dır­ma­lı­dır ki, hə­min gənc üçün in­sa­ni də­yər­lər ən bö­yük me­yar ol­sun.

O, ye­tir­mə­lə­ri­nə in­san­lıq dər­si ke­çib, in­sa­nı, Və­tə­ni, pe­şə­si­ni sev­mə­yi öy­rə­dib, qa­nu­na söy­kə­nib ha­lal ya­şa­ma­ğın, tə­miz ad­la ucal­ma­ğın yo­lu­nu gös­tə­rib...

Müs­lüm Rə­him oğ­lu İs­ma­yı­lov 1942-ci il­də La­çın ra­yo­nu­nun Sa­dın­lar kən­din­də do­ğu­lub. Bö­yük Və­tən sa­va­şı­nın ev­lə­rə, ai­lə­lə­rə gə­tir­di­yi bəd­bəxt­lik­lə­rin için­də bö­yü­dük­cə dərd­lə-qəm­lə qol-bo­yun olub. Heç özü də bil­mə­yib ki, doğ­ma ata­sı da al­man fa­şist­lə­ri ilə ölüm-di­rim sa­va­şın­da­dır. Əmi­si Kə­ri­mi və Mux­ta­rı mü­ha­ri­bə­nin ud­ma­sı­nı da gör­mə­yib, bir­cə ya­dın­da on­la­rın ölüm xə­bə­ri­ni gə­ti­rən "qa­ra ka­ğız"la­rı nə­nə­si­nin si­nə­si­nə sı­xıb ağ­la­ma­sı qa­lıb. Bil­mə­yib ki, dər­di­nə nə ad qoy­sun, onu ne­cə ça­ğır­sın, di­li dağ­lar­da, də­rə­lər­də açı­lıb. Sir­da­şı La­çı­nın əs­ra­rən­giz tə­biə­ti olub, sir­ri­ni ma­mır­lı daş­la­ra da­nı­şıb. Bəx­ti üzü­nə gü­lüb. Ata­sı sağ-sa­la­mat mü­ha­ri­bə­dən qa­yı­dıb və o, dün­ya­da ata ad­lı var­lı­ğın ne­cə bö­yük və əzə­mət­li ol­du­ğu­nu gö­rüb. Ba­şı­nı dil­siz daş­la­ra, qa­ya­la­ra yox, ata­sı­nın od­dan-alov­dan çıx­mış si­nə­si­nə söy­kə­yib. Bö­yü­dük­cə eh­ti­yac­lar da onun­la bö­yü­yüb. Yed­din­ci sin­fə qə­dər yax­şı oxu­yub, sa­diq dos­tu ki­tab­lar olub. An­caq ana­sı dün­ya­sı­nı vaxt­sız də­yiş­dik­dən son­ra için­də qur­du­ğu, sir­ri­nə-seh­ri­nə bə­lən­di­yi dün­ya­sı­nın dü­zə­ni itib, ayı-gü­nə­şi öz ye­ri­ni səhv sa­lıb. Ye­tim qa­lıb Müs­lüm İs­ma­yı­lov. Ata­sı və bö­yük qar­da­şı ilə bir­lik­də kol­xo­zun ma­lı­na, hey­va­nı­na ço­ban­lıq edib. Ana­lı uşaq­la­rı gö­rən­də, üz­də hiss et­dir­mə­sə də, dərd də­yir­man da­şı ki­mi onu hə­ya­tın di­bi­nə dar­tıb.  Sağ­lı­ğın­da ana­sı­nın ge­cə­lər öpüb-ox­şa­dı­ğı to­tuq-mo­tuq əl­lə­ri­nin tən­ha­lı­ğı yu­xu­su­nu ər­şə çə­kib, tək­lə­nib in­san­la do­lu yer üzün­də. Ata­sı ona ana ola bil­mə­yib. Ögey ana ağ­rı­sı sı­zıl­da­yan ya­ra­sı­na duz ba­sıb. Ana­sı­nın so­yuq mə­za­rı ilə dərd­ləş­mək­dən baş­qa ça­rə­si qal­ma­yıb. Gü­cü göz­lə­ri­nin ya­şı­na ça­tıb. "So­vet ada­mı dər­də, kim­sə­siz­li­yə, ye­tim­çi­li­yə əyil­məz" de­yən­lə­ri ürə­yin­də qı­na­yıb da. On­la­rın be­lə ruh­suz, duy­ğu­suz ol­du­ğu­nu içi­nə sığ­dı­ra bil­mə­yib.

1961-ci il­də hər­bi xid­mə­tə yol­la­nıb. Çi­ta vi­la­yə­tin­də xid­mət edib. Ora­nın so­yu­ğu, şax­ta­sı bu dağ­lar oğ­lu­nun, La­çın qar­ta­lı­nın qay­nar qa­nın­da əri­yib, mu­ma dö­nüb. 1964-cü il­də hər­bi xid­mət­dən tər­xis olu­na­raq Və­tə­nə qa­yı­dıb. Ye­nə də işin-gü­cün qul­pun­dan ya­pı­şıb...

Yol­lar Ba­kı­ya apa­rır

Qo­hum­la­rın­dan bi­ri­nin yük ma­şı­nın­da Ba­kı­ya gə­lən­də əy­nin­də əs­gər­lik­dən gə­tir­di­yi uni­for­ma, ci­bin­də isə cə­mi 3 ma­nat pul var idi. Ba­kı Sa­dın­lar kən­di de­yil­di ki, hər ad­dım­da doğ­man­la, əzi­zin­lə rast­la­şa­san. Ağ­zı­nı əj­da­ha ki­mi açan şə­hər­də oğul is­tə­yir­di ki, baş çı­xar­sın. O, həm ana­sız­lıq­la, həm la­çın­sız­lıq­la, həm də eh­ti­yac­la dö­yüş­mə­liy­di və müt­ləq qa­lib gəl­mə­liy­di. İn­san­lar­la dil tap­ma­ğın çə­tin ol­du­ğu­nu bi­lir­di. Am­ma hə­yat çək­dik­lə­ri­ni qiy­mət­lən­di­rib.

Po­li­tex­nik Tex­ni­ku­mu­na da­xil olub. Ora­nı bi­tir­dik­dən son­ra 1971-ci il­də Av­to­mo­bil Nə­za­rə­ti Müf­vət­tiş­li­yin­də iş­lə tə­min olu­nub. Düz dörd il ya­rım ora­da xid­mət edib. Son­ra "DİN Par­ti­ya və so­vet or­qan­la­rı­nı mü­ha­fi­zə edən mi­lis şö­bə­si"ndə xid­mə­ti­ni da­vam et­di­rib. Elə ulu ön­dər­lə də ilk ta­nış­lı­ğı bur­da baş­la­yıb.

Yad­da­şın­da qa­lan­lar...

De­yir ki, bi­rin­ci gün ikin­ci növ­bə­yə çıx­mış­dım. Ya­nı­ma bir oğ­lan gə­tir­di­lər. De­di­lər ki, adı Ra­hib, so­ya­dı Qa­ra­yev­dir. Özü də La­çın­lı­dır. Rəh­bər­lik mə­ni ona ha­mi-tər­bi­yə­çi tə­yin et­miş­di. Be­lə­cə, onun­la bi­zim dost­lu­ğu­muz baş­la­dı. Gör­düm ki, saf oğ­lan­dır, ya­zı-po­zu­dan ba­şı çı­xır, yax­şı təş­ki­lat­çı­dır. Di­var qə­ze­tin­də yaz­dı­ğı mə­qa­lə­lər­lə rəh­bər­li­yin də rəğ­bə­ti­ni qa­zan­dı və be­lə­cə xid­mət­də uğur­lar əl­də et­di. Son­ra Mər­də­kan­da Or­ta Mi­lis Mək­tə­bi­ni bi­tir­di. Xid­mət­də biş­di, bər­kə-bo­şa düş­dü və öz ye­ri­ni tut­du. Bu gün isə po­lis pol­kov­ni­ki, DİN Şəx­si He­yət­lə İş İda­rə­si­nin rəi­si­dir. Da­xi­li İş­lər Na­zir­li­yi­nin rəh­bər­li­yi sağ ol­sun ki, xal­qı­nı, döv­lə­ti­ni se­vən in­san­la­rı və­zi­fə­də irə­li çə­kir, on­la­ra eti­mad gös­tə­rir. Ra­hib Qa­ra­yev həm də ona gö­rə mə­nim ya­dım­da qa­lıb ki, o mə­ni hə­mi­şə ara­yıb-ax­ta­rır, ən əsa­sı, mə­ni xa­tır­la­yır. Bu mə­nə bəs­dir. Bi­li­rəm ki, bu ya­zı­nın da ya­zıl­ma­sı­nın sə­bəb­ka­rı odur. Bu yaş­da unu­dul­ma­dı­ğı­nı gör­mək bi­lir­si­niz­mi ne­cə bö­yük xoş­bəxt­lik­dir?

Ulu ön­də­ri say­ğıy­la anır...

"1979-cu il idi. Evim yox idi. Ki­ra­yə­lər­də qal­maq­dan bez­miş­dim. O za­man Bu­zov­na tə­rəf­də rəh­bər və­zi­fə­li şəxs­lə­rin sü­rü­cü­lə­ri üçün ev ti­kir­di­lər. Ulu ön­dər Hey­dər Əli­yev bu mə­sə­lə­dən ha­li olan­dan son­ra gös­tə­riş ver­di ki, hə­min ev­lər biz­lə­rə ve­ril­sin və mə­nim dörd uşaq­la ki­ra­yə­də ya­şa­maq­dan ca­nım be­lə­cə qur­tul­du", - de­yir Müs­lüm İs­ma­yı­lov.

Bu gün tə­qa­üd­çü­dür...

Res­pub­li­ka­mız müs­tə­qil­lik əl­də et­dik­dən son­ra bə­zi qu­rum­lar DİN-in ta­be­li­yin­dən çı­xa­rı­la­raq, ye­ni ya­ra­nan Xü­su­si Döv­lət M?ha­fi­zə Xid­mə­ti­nin ta­be­li­yi­nə ve­ri­lib. Məhz bu sə­bəb­dən M.İs­may­lov 1995-ci il­də elə bu qu­rum­dan da tə­qaü­də çı­xıb. İn­di 75 ya­şı var. Hər­dən ona ra­hat­lıq ver­mə­yən ürə­yi ilə əl­bə­ya­xa­dır. Xa­ti­rə­lər­lə qol-bo­yun olub o yer­lə­rin, La­çı­nı­nın xif­fə­ti­ni çə­kir. Ba­kı­da ya­yın cır­ha­cı­rın­da, nə­fəs­kə­sən is­ti­lər­də Nov­lu bu­la­ğı, Qa­ra gö­lün ya­nın­da­kı Çın­qıl­lı bu­la­ğı, Göy bu­la­ğı, Boz­dağ­da­kı Oyuq­lu bu­la­ğı və ba­şı qar­lı La­çın dağ­la­rı­nı ar­zu­la­yır. Qu­la­ğı­na gə­lən hər sə­da­da qə­lə­bə sö­zü­nü eşit­mək is­tə­yir. Yurd həs­rət­li bi­ri ki­mi mən onu yax­şı an­la­yı­ram. Do­ğul­du­ğun tor­pa­ğın qoy­nun­da ol­ma­yan­da elə bil ki, ha­van çat­mır, elə bil ki, ömür­lük nə­yi­sə itir­mi­sən və gö­zün da­im onu ax­ta­rır. Yer üzün­də, gen dün­ya­da dinc­lik ta­pa bil­mir­sən...

O da za­ma­nın sı­na­ğın­dan çı­xan, ba­şın­dan qa­ra yel­lər əsən, çiy­nin­dən dər­di­nin yel­lən­cə­yi ası­lan, ru­hu­na söy­kək ver­di­yi əsa­sı ilə dərd­lə­şən, hə­ya­tın eh­ti­yac üzü­nü, boz üzü­nü gö­rən­lər­dən­dir. O, həm də hə­mi­şə xa­tır­la­nan xoş­bəxt­lər­dən­dir. Ye­tir­mə­lə­ri ge­ne­ral­dı, pol­kov­nik­di, har­da­sa bö­yük və­zi­fə sa­hib­lə­ri­dir...

Onun Və­tən həs­rə­ti­ni, yurd ağ­rı­sı­nı, elə bu fi­kir­lə­ri əs­lin­də ya­zı­mın əv­və­lin­də siz­lər­lə bö­lü­şə bi­lər­dim. Ona gö­rə axı­ra sax­la­dım ki, ürə­yi­mi tox­ta­da bi­lim.

Onu gö­rən­də elə bil­dim ki, əziz bir kim­sə­mi gö­rü­rəm. Am­ma son­ra an­la­dım ki, bü­tün yurd iti­rən in­san­lar bir-bi­ri­nə  doğ­ma­dır, əziz­dir. Və bu dağ­lar oğ­lu­nun, bu­laq su­yu ki­mi du­ru in­sa­nın ru­hu­na, ov­qa­tı­na sim­sar ol­maq mə­nim üçün tan­rı­nın xoş­bəxt­li­yi idi. Bö­yüt­dü­yü dörd öv­lad­la - Anar, Mə­ta­nət, Vü­sa­lə və Ay­gün­lə, ömür-gün yol­da­şı Rə­na xa­nım­la və 13 nə­və­si ilə şə­rəf­li, əsl Azər­bay­can ki­şi­si­nə la­yiq bir ömür ya­şa­yır. 

Bu gün oğ­lu Anar onun yo­lu­nu da­vam et­di­rir. O, Xü­su­si Döv­lət Mü­ha­fi­zə Xid­mə­ti­nin əmək­da­şı, ma­yor­dur.

Özü­nü Hə­kə­ri­nin xır­da­ca bir da­şı ad­lan­dı­ran Müs­lüm İs­ma­yı­lo­vu mən Xə­zə­rin qoy­nun­da sal qa­ya ki­mi gör­düm. Gör­düm ki, il­lə­rin sel­lə­ri-su­la­rı, dal­ğa­la­rı onu da­ha vü­qar­lı, da­ha də­ya­nət­li edib. Söh­bət əs­na­sın­da de­di­yi bu fik­ri isə heç za­man unut­ma­ya­ca­ğam: "İki-üç il bun­dan əv­vəl is­tə­dim ki, ya­şa­dıq­la­rı­mı, xa­ti­rə­lə­ri­mi, bir söz­lə, öm­rü­mü-gü­nü­mü ka­ğı­za kö­çü­rüm. Son­ra fi­kir­ləş­dim ki, axı han­sı xoş gü­nü­mü qə­lə­mə alım?.."

Onun ən bö­yük dər­di La­çın­dır. Və in­di söz ola­raq de­yil­sə də, gün gə­lə­cək, lap elə bu gün­lə­rin bi­rin­də biz La­çı­na dö­nə­cə­yik, müt­ləq dö­nə­cə­yik, Müs­lüm mü­əl­lim!

Ha­fiz TƏ­Mİ­ROV
po­lis ma­yo­ru

Son xəbərlər