17/10/2017 15:30
728 x 90

Si­qa­ret­dən ya­xa qur­ta­ra bil­mə­yən­lər­lə bağ­lı Öl­kə Pre­zi­den­ti əsas stra­te­gi­ya­nı bə­yan et­di...

"İn­san­la­rın si­qa­ret­dən uzaq­laş­ma­sı üçün ön­cə maa­rif­lən­dir­mə işi apar­maq la­zım­dır"

img

Ey­yub Hü­sey­nov: "Mən də­fə­lər­lə tək­lif et­mi­şəm ki, si­qa­ret­dən im­ti­na et­mək üçün ilk növ­bə­də onun sa­tış qiy­mə­ti 4-5 də­fə qal­dı­rıl­sın"

 

Si­qa­re­tin in­san səh­hə­ti­nə zə­rər­lə­ri ba­rə­də də­fə­lər­lə ic­ti­ma­iy­yə­tə mə­lu­mat ve­ri­lib. La­kin bu zə­rər­li vər­diş­dən in­san­lar uzaq dur­maq is­tə­mir. Hət­ta si­qa­re­tin in­san səh­hə­ti­nə zə­rə­ri ba­rə­də Pre­zi­dent İl­ham Əli­yev də fi­kir­lə­ri­ni bil­di­rib. İ.Əli­yev bu ba­rə­də Qax­da ba­ra­ma, tü­tün və fın­dıq is­teh­sa­lı­nın in­ki­şa­fı mə­sə­lə­lə­ri­nə da­ir res­pub­li­ka mü­şa­vi­rə­sin­də çı­xış edib.

O qeyd edib ki, əsas və­zi­fə­lər­dən bi­ri də odur ki, Azər­bay­can­da si­qa­ret is­teh­sa­lı da­ha da art­sın: "Mən bu­nu əv­vəl­lər də de­mi­şəm, bu gün də de­yi­rəm, biz elə et­mə­li­yik ki, Azər­bay­can və­tən­daş­la­rı az si­qa­ret çək­sin­lər. Çün­ki bu, zə­rər­li vər­diş­dir və in­sa­nın sağ­lam­lı­ğı­na çox bö­yük təh­lü­kə­lər, prob­lem­lər ya­ra­dır. Ona gö­rə mü­va­fiq təd­bir­lər gö­rü­lə­cək ki, Azər­bay­can və­tən­daş­la­rı bu vər­diş­dən təd­ri­cən əl çək­sin­lər".

Ma­raq­lı­dır, ne­cə et­mək la­zım­dır ki, in­san­lar az si­qa­ret çək­sin və ya ümu­miy­yət­lə, bu vər­diş­dən ta­ma­mi­lə uzaq­laş­sın­lar?

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin (AİB) səd­ri Ey­yub Hü­sey­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, in­san­la­rın si­qa­ret­dən uzaq­laş­ma­sı üçün ön­cə maa­rif­lən­dir­mə işi apar­maq la­zım­dır: "Nə­zə­rə al­maq la­zım­dır ki, bu gün ba­zar­da in­san sağ­lam­lı­ğı üçün təh­lü­kə­li olan si­qa­ret­lər var. O si­qa­ret­lər qa­nun­suz şə­kil­də is­teh­sal olu­nur. Mən si­zə de­yim ki, "Aze­ri" kor­po­ra­si­ya­sı­nın is­teh­sal et­di­yi si­qa­ret­lə­rin tər­ki­bi­ni araş­dır­dıq və mə­lum ol­du ki, tər­ki­bin­də təh­lü­kə­li mad­də­lə­rin miq­da­rı 67 fa­iz­dən çox­dur. Be­lə olan hal­da, Sə­hiy­yə Na­zir­li­yi hə­min si­qa­re­tə ver­di­yi ser­ti­fi­ka­tı ge­ri gö­tür­dü. An­caq bu­na bax­ma­ya­raq, bu gün də "Pi­ra­mi­da", "Kar­van" və "Şə­ki" si­qa­ret­lə­ri adı­çə­ki­lən böl­gə­də is­teh­sal olu­nur. Və nə­in­ki Şə­ki, Ba­la­kən, Qax, hət­ta pay­tax­tın Sü­ley­man Rə­hi­mov kü­çə­si 188 ün­va­nın­da sa­tı­lır. Bu cür si­qa­ret­lər­dən is­ti­fa­də edən­lər cid­di xəs­tə­li­yə tu­tu­lur. Öl­kə baş­çı­sı­nın si­qa­re­tin in­san sağ­lam­lı­ğı­na vur­du­ğu zə­rər­lər­lə bağ­lı ira­dı ye­rin­də de­yi­lib".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, Pre­zi­dent İ.Əli­ye­vin əha­li­nin sağ­lam­lı­ğı­na yö­nəl­miş fi­kir­lə­ri var. La­kin mü­va­fiq qu­rum­lar öz im­za­la­rı­na hör­mət et­mək üçün iş gör­mür­lər.

E.Hü­sey­nov bil­dir­di ki, si­qa­ret­dən bir­də­fə­lik im­ti­na et­mək la­zım­dır. Si­qa­ret məi­şət nar­ko­ma­ni­ya­sı­dır. Filt­rli, filt­rsiz və layt si­qa­ret­lə­ri in­san səh­hə­ti üçün təh­lü­kə­li­dir.

Bir­lik səd­ri­nin fik­rin­cə, öl­kə baş­çı­sı­nın si­qa­ret­dən im­ti­na kam­pa­ni­ya­sı­na ic­ti­mai dəs­tək ver­mək la­zım­dır: "Ai­lə­lər­lə or­ta mək­təb­lər bir ara­ya gə­lib si­qa­re­tin zə­rər­lə­ri haq­qın­da mü­tə­ma­di ola­raq uşaq­la­ra mə­lu­mat ver­mə­li­dir­lər. Mən də­fə­lər­lə tək­lif et­mi­şəm ki, si­qa­ret­dən im­ti­na et­mək üçün ilk növ­bə­də onun sa­tış qiy­mə­ti 4-5 də­fə qal­dı­rıl­sın. Qiy­mət yük­sək olar­sa, in­san­lar si­qa­ret al­ma­ğa meyl et­məz".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər