21/07/2017 22:39
728 x 90

Abort və sü­ni ma­ya­lan­ma rek­la­mı han­sı zi­yan­la­rı vu­rur...

"Sağ­lam­lıq ve­ri­li­şin­də iş­ti­rak edən­lər məs­lə­hət adı ilə giz­li rek­lam xid­mə­tin­dən is­ti­fa­də edir"

img

Ha­cıə­mi Ata­ki­şi­yev: "Abort rek­la­mı­nın qa­da­ğan olun­ma­sı ha­mi­lə­li­yin sü­ni da­yan­dı­rıl­ma­sı­nın qar­şı­sı­nı ala­caq"

 

Pre­zi­dent İl­ham Əli­yev Mil­li Məc­li­sin "Əha­li­nin sağ­lam­lı­ğı­nın qo­run­ma­sı haq­qın­da" Qa­nu­na et­di­yi son əla­və­lə­ri təs­diq edib. Qa­nu­nun 11-ci mad­də­si­nə üçün­cü və dör­dün­cü his­sə­lər əla­və edi­lib. Edi­lən əla­və­lər­dən bi­ri də ha­mi­lə­li­yin sü­ni yol­la po­zul­ma­sı və sü­ni ma­ya­lan­ma üz­rə tib­bi xid­mət rek­la­mı­nın qa­da­ğan olun­ma­sı­dır.

"Azər­bay­can Res­pub­li­ka­sın­da yal­nız hə­kim re­sep­ti ol­ma­dan bu­ra­xı­lan dər­man va­si­tə­lə­ri, is­ti­fa­də­si­nə (tət­bi­qi­nə) mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən ica­zə ve­ril­miş tib­bi tə­yi­nat­lı tex­ni­ka, müa­li­cə, pro­fi­lak­ti­ka, di­aq­nos­ti­ka və rea­bi­li­ta­si­ya me­tod­la­rı rek­lam olu­na bi­lər. Dər­man va­si­tə­lə­ri­nin, tib­bi tə­yi­nat­lı tex­ni­ka­nın və mə­mu­lat­la­rın, tib­bi xid­mət­lə­rin rek­la­mı­na tə­ləb­lər "Rek­lam haq­qın­da" və "Dər­man va­si­tə­lə­ri haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­la­rı ilə mü­əy­yən olu­nur".

Sü­ni ma­ya­lan­ma və abort xid­mə­ti­nin rek­la­mı­nın qa­da­ğan olun­ma­sı­nı mü­tə­xəs­sis­lər müs­bət qar­şı­la­yır.

Azər­bay­can Rek­lam­çı­lar İt­ti­fa­qı İc­ti­mai Bir­li­yi­nin səd­ri Ha­cıə­mi Ata­ki­şi­yev "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, "Rek­lam haq­qın­da" Qa­nu­na bu əla­və­lə­rin edil­mə­si düz­gün­dür: "Bu gün bir sı­ra küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də (KİV) sü­ni ma­ya­lan­ma və ha­mi­lə­li­yin sü­ni yol­la da­yan­dı­rıl­ma­sı haq­qın­da rek­lam­la­ra rast gə­li­nir. Bu hal yal­nız te­le­vi­zi­ya­da ya­şa­nır. Qeyd et­mək la­zım­dır ki, kü­çə rek­lam­la­rın­da bu ha­la rast gə­lin­mir. Te­le­vi­zi­ya­da ya­yım­la­nan bu tip rek­la­mın adı giz­li rek­lam­dır. Əsa­sən hər han­sı bir tib­bi ve­ri­li­şə də­vət olu­nan hə­kim­lər mə­lum möv­zu ba­rə­də fi­kir bil­di­rir. Əsa­sən Tür­ki­yə­dən də­vət olu­nan hə­kim­lə­rin iş­ti­ra­kı ilə apa­rı­lan ve­ri­liş za­ma­nı giz­li rek­la­ma rast gə­li­nir. Giz­li rek­lam odur ki, 45 də­qi­qə-1 sa­at ər­zin­də ya­yım­la­nan ve­ri­liş­də da­nı­şan hə­kim ça­lış­dı­ğı xəs­tə­xa­na­da abor­tun fə­sad­sız apa­rıl­ma­sı ba­rə­də da­nı­şır. Te­le­vi­zi­ya­lar­da sağ­lam­lıq ve­ri­liş­lə­ri­nin sa­yı həd­din­dən ar­tıq çox­dur. O ve­ri­liş­lər­də iş­ti­rak edən­lər məs­lə­hət adı ilə giz­li rek­lam xid­mə­tin­dən is­ti­fa­də edir. "Rek­lam haq­qın­da" Qa­nun­da bu ki­mi hal­la­ra qar­şı hər han­sı bir məh­du­diy­yət tət­biq olun­ma­mış­dı. An­caq Pre­zi­dent İl­ham Əli­yev bu işə bir son qo­ya­caq. Abort rek­la­mı­nın qa­da­ğan olun­ma­sı ha­mi­lə­li­yin sü­ni da­yan­dı­rıl­ma­sı­nın qar­şı­sı­nı ala­caq".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər