21/07/2017 22:35
728 x 90

Dün­ya qu­ru süd məh­sul­la­rın­dan im­ti­na et­mə­yə baş­la­yır, bəs biz...

img

Ey­yub Hü­sey­nov: "Qu­ru sü­dün tər­ki­bin­də bay­tar­lıq dər­ma­nın qa­lıq­la­rı, yə­ni an­ti­bio­tik­lər olur, on­dan da qi­da ha­zır­la­yan­da..."

Adil Qey­bul­la: "Sü­ni yol­la ha­zır­lan­mış is­tər süd, is­tər­sə də di­gər məh­sul­lar or­qa­nizm üçün zə­rər­li­dir"

 

Mar­ket və ma­ğa­za­lar­da süd məh­sul­la­rı adı al­tın­da sa­tı­lan ər­zaq­la­rın ək­sə­riy­yə­ti tə­bii süd­dən de­yil, qu­ru süd­dən ha­zır­la­nır. Mü­tə­xəs­sis­lər qeyd edir ki, qu­ru süd­dən ha­zır­la­nan məh­sul­lar da­ha uzu­nö­mür­lü olur. An­caq o məh­sul­la­rın key­fiy­yə­ti su­al­lar do­ğu­rur.

Elə bu sə­bəb­dən bir sı­ra öl­kə­lər­də, o cüm­lə­dən, Gür­cüs­tan­da qu­ru süd­dən ha­zır­lan­mış məh­sul­la­rın süd məh­su­lu adı al­tın­da sa­tıl­ma­sı qa­nun­la qa­da­ğan edi­lib. Tə­ləb qo­yu­lub ki, qu­ru süd­dən ha­zır­lan­mış məh­sul­la­rın üzə­rin­də ana­lo­ji qeyd öz ək­si­ni tap­sın.

Mə­lu­mat üçün bil­di­rək ki, iyu­lun 1-dən eti­ba­rən Gür­cüs­ta­nın Mil­li Qi­da Agent­li­yi süd və süd məh­sul­la­rı ilə bağ­lı ye­ni qay­da­lar tət­biq edib və hə­min qay­da­la­ra gö­rə, yal­nız ma­ye süd­dən ha­zır­lan­mış süd məh­sul­la­rı­na pen­dir və yağ ki­mi ad­lar ver­mək olar. Qu­ru süd­dən ha­zır­lan­mış məh­su­lun pen­dir ad­lan­dı­rıl­ma­sı qa­da­ğan edi­lib. Yağ sö­zü də yal­nız tə­bii süd­dən ha­zır­lan­mış yağ­la­ra aid edi­lə­cək. Kə­rə ya­ğı yal­nız o məh­su­la de­yi­lə­cək ki, tər­ki­bi­nin ən azı 39, ən ço­xu 79 fai­zə qə­də­ri tə­bii süd­dən ha­zır­lan­sın. Bu qa­nu­nu po­zan­la­rı isə təx­mi­nən 500 dol­lar həc­min­də cə­ri­mə göz­lə­yir.

Be­lə bir qay­da­nın Azər­bay­can­da da tət­biq olun­ma­sı tək­lif edi­lir.

Mil­li Məc­li­sin de­pu­ta­tı Mu­sa Qu­li­yev me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da bil­di­rib ki, Gür­cüs­tan­da qa­nun­ve­ri­ci­li­yə edi­lən ye­ni də­yi­şik­li­yə əsa­sən, öl­kə­də tə­bii süd tər­kib­li ol­ma­yan məh­sul­la­rın süd məh­su­lu ki­mi, baş­qa söz­lə, qu­ru süd­dən ha­zır­lan­mış məh­sul­la­rın yağ, pen­dir və s. ad­la sa­tıl­ma­sı­na qa­da­ğa qo­yu­lub: "Azər­bay­can­da da be­lə bir qa­da­ğa­nın qo­yul­ma­sı va­cib­dir. Bu gün öl­kə­də 70-80 fa­iz hal­da süd məh­sul­la­rı­nın üzə­rin­də onun qu­ru, ya­xud tə­bii süd­dən ha­zır­lan­ma­sı ba­rə­də mə­lu­mat qeyd edil­mir. Azər­bay­can­da süd məh­sul­la­rı­nın - pen­dir, süz­mə, şor, kəs­mik və sai­rin key­fiy­yə­ti xey­li aşa­ğı­dır. Pre­zi­den­tin sə­rən­ca­mı ilə Na­zir­lər Ka­bi­ne­ti­nə Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yi­nin ya­ra­dıl­ma­sı ba­rə­də gös­tə­riş ve­ri­lib. He­sab edi­rəm ki, biz­də də bu mə­sə­lə­yə ba­xıl­ma­lı və tə­bii süd­dən ha­zır­la­nan məh­sul­lar­la qu­ru süd­dən ha­zır­la­nan məh­sul­la­rın ara­sın­da cid­di fərq qo­yul­ma­lı­dır. Məh­sul­la­rın üzə­rin­də müt­ləq ya­zıl­ma­lı­dır ki, qu­ru və ya­xud tə­bii süd­dən ha­zır­la­nıb".

Eks­pert­lər be­lə bir tək­li­fi müs­bət qiy­mət­lən­di­rir.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin (AİB) səd­ri Ey­yub Hü­sey­no­vun söz­lə­ri­nə gö­rə, öl­kə baş­çı­sı İl­ham Əli­yev bu ilin fev­ral ayın­da Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yi­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı sə­rən­cam im­za­la­dı. Hə­min agent­lik bu ki­mi mə­sə­lə­lə­rə ba­xır. Qu­ru sü­dün tər­ki­bin­də bay­tar­lıq dər­ma­nın qa­lıq­la­rı, yə­ni an­ti­bio­tik­lər olur. On­dan da qi­da ha­zır­la­yan­da hə­min an­ti­bio­tik­lər in­sa­nın or­qa­niz­mi­nə da­xil olur: "Mən dü­şü­nü­rəm ki, bu­na qa­da­ğa qo­yu­lar­sa, çox yax­şı olar. Üs­tə­lik, qu­ru süd­dən ha­zır­lan­mış məh­sul­la­rın tə­bii süd­dən ha­zır­lan­mış ki­mi rek­lam olun­ma­sı­na da qa­da­ğa qo­yul­ma­sı müs­bət hal olar. Dü­şü­nü­rəm ki, bu ki­mi hal­la­ra son qo­yul­ma­lı­dır. Çün­ki bu, is­teh­lak­çı­nın al­da­dıl­ma­sı de­mək­dir. Qu­ru süd­lə tə­bii süd rə­qa­bət­də­dir. Qu­ru süd tə­bii süd is­teh­sa­lı­nı, fer­mer tə­sər­rü­fat­la­rı­nı çök­dü­rür. Ona gö­rə dü­şü­nü­rəm ki, döv­lət qu­ru süd id­xa­lı­na yük­sək ver­gi­lər qoy­ma­lı­dır ki, ma­ya də­yə­ri yu­xa­rı ol­sun və on­dan is­ti­fa­də edən­lə­rin sa­yı azal­sın. Qa­nun­la onun is­ti­fa­də­si­ni qa­da­ğan et­mək düz­gün de­yil. Sa­də­cə ola­raq, ma­lın üzə­rin­də ya­zıl­ma­lı­dır ki, bu məh­sul qu­ru süd­dən ha­zır­la­nıb. Bu za­man is­teh­lak­çı düz­gün se­çim et­miş olar və al­da­dıl­maz". 

Tibb sa­hə­si üz­rə eks­pert, pro­fes­sor Adil Qey­bul­la­nın bil­dir­di­yi­nə gö­rə, sü­ni yol­la ha­zır­lan­mış is­tər süd, is­tər­sə də di­gər məh­sul­lar or­qa­nizm üçün zə­rər­li­dir: "Qu­ru süd, söz­süz ki, mü­əy­yən tex­no­lo­gi­ya­lar­dan ke­çir. Hət­ta tə­bii süd adı ilə mar­ket­də sa­tı­lan süd­lər də tə­bii de­yil. Ra­yon­da ya­şa­yan və ya hey­van­dar­lıq­la məş­ğul olan­lar yax­şı bi­lir ki, hey­van­lar­dan sa­ğıl­mış süd tez xa­rab olur, çü­rü­yür. Ma­ğa­za­dan alı­nan han­sı süd qal­dıq­da çü­rü­yür? Tə­bii süd isə qab bir ba­la­ca çirk­li olan­da, ya da so­yu­du­cu­da sax­la­ma­yan­da, bir qə­dər vax­tı­nı ke­çi­rib son­ra qay­nat­maq is­tə­dik­də gö­rür­sən ki, çü­rü­dü. Mar­ket­dən alı­nan süd­lər­dən bəs han­sı çü­rü­yüb və kim bu süd­lə­ri çü­rü­də bi­lər? Mar­ket­də olan süd­lə­rə mü­əy­yən qa­rı­şıq­lar əla­və edir­lər ki, süd çü­rü­mə­sin. Bu süd­lə­rin bə­zi­si­nin al­tı aya qə­dər is­ti­fa­də­yə ya­rar­lı­lıq müd­də­ti olur. Hə­yət­lə­rə ma­şın­la süd gə­ti­rən in­san­lar ara­sın­da tə­bii, qa­rı­şıq­sız süd gə­ti­rən­lər ola bi­lər. Süd içən­lər sü­dün da­dın­dan, iyin­dən tə­bii ol­du­ğu­nu an­la­yır. Kənd­li­lər tə­bii sü­dün da­dı­nın ne­cə ol­du­ğu­nu yax­şı bi­lir. Sü­dü qay­nat­dıq­da  qa­za­nın di­bi­nə süd ya­pı­şır­sa, tə­bii de­yil. Ba­yaq de­di­yim ki­mi, çü­rü­mür­sə, spe­si­fik iyi yox­dur­sa, qa­rı­şıq­la­rı olan, sü­ni yol­la alın­mış süd­dür.

Qu­ru süd sin­te­tik yol­la ha­zır­la­nır və gu­ya ki, süd­dən alı­nır. Çox zi­yan­dır. Sü­ni qi­da məh­sul­la­rı­nın zə­rə­ri dər­hal bi­lin­mir, son­ra­dan üzə çı­xır. Mə­sə­lən, nə­dən­sə zə­hər­lən­mi­sən­sə, və­ziy­yə­tin ağır­la­şır. Am­ma sü­ni qi­da­lar­la qi­da­lan­maq zə­rə­ri­ni o də­qi­qə gös­tər­mir, bu­nun zə­rə­ri təd­ri­cən müx­tə­lif xəs­tə­lik­lə­rin ya­ran­ma­sı, hət­ta ölüm­lə nə­ti­cə­lə­nir".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər