29/05/2017 21:02
728 x 90

Nəsimi rayonunda “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirildi

img

Mayın 18-də Nəsimi rayon İcra Hakimiyyəti və Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı, 28 yerli və xarici müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sozü ilə Nəsimi rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov açaraq tədbir iştirakçılarını salamlayıb və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Prezident İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilməsi nəticəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən boş iş yerlərində yerləşdirilməsi barəsində məlumat verib.  Bildirib ki, bir neçə dövlət müəssisəsi bu tapşırığın icrasında aktiv iştirak edərək, qısa müddət ərzində Nəsimi rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında vətəndaşları münasib işlə təmin edib.

Dəyirmi masada çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlər arasında məşğulluğun səviyyəsinin artırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” ASC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülüb və 150-yə yaxın məcburi köçkün işlə təmin olunub.

Tədbirdə məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verilib. Tapşırığın icrasını təmin etmək məqsədilə müəssisə və təşkilatlarda mövcud olan peşə və ixtisaslar üzrə boş (vakant) iş yerləri barədə məlumatların qısa müddət ərzində rayon Məşğulluq Mərkəzinə təqdim edilməsi zərurəti qeyd edilib.

Son xəbərlər