20/09/2017 18:54
728 x 90

Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­tin is­la­hat yol­la­rı...

img

Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­tin­də apa­rı­lan is­la­hat­lar­la əla­qə­dar təh­sil üz­rə eks­pert, "İc­ti­mai Prob­lem­lə­rin Təd­qi­qi As­so­sia­si­ya­sı"nın səd­ri, t.e.n., dos. Mə­hər­rəm Zül­fü­qar­lı­nın mü­sa­hi­bə­si­ni təq­dim edi­rik.

- Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin ye­ni rəh­bər­li­yi ba­rə­də nə de­yə bi­lər­si­niz?

- Cə­fər Cə­fə­rov ümum­mil­li li­der Hey­dər Əli­ye­vin so­vet döv­rün­də Mosk­va­ya oxu­ma­ğa gön­dər­di­yi gənc­lər­dən­dir. O, Mosk­va Döv­lət Uni­ver­si­te­ti­nin ta­rix fa­kül­tə­si­ni və as­pi­ran­tu­ra­sı­nı bi­ti­rib. Mü­vəf­fə­qiy­yət­lə na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı mü­da­fiə edə­rək gənc alim ki­mi Res­pub­li­ka­ya qa­yı­dıb. Uzun müd­dət in­di­ki Ba­kı Döv­lət Uni­ver­si­te­tin­də mü­əl­lim, de­kan müa­vi­ni və s. və­zi­fə­lər­də ça­lı­şa­raq kol­lek­ti­vin hör­mə­ti­ni qa­za­nıb. Bun­dan baş­qa, Cə­fər Cə­fə­rov  Azər­bay­can­da Və­tən­daş Cə­miy­yə­ti İns­ti­tu­tu­nun ya­ra­dı­cı­la­rın­dan bi­ri­dir. Bir QHT rəh­bə­ri ki­mi Qərb öl­kə­lə­ri­nin de­mok­ra­tik mər­kəz­lə­ri ilə, BMT-nin Ba­kı ofi­si ilə əmək­daş­lıq edə­rək müx­tə­lif la­yi­hə­lər­də iş­ti­rak edib. Döv­lət di­li­miz­dən baş­qa rus və in­gi­lis dil­lə­ri­ni yük­sək sə­viy­yə­də bi­lən Cə­fər Cə­fə­rov Azər­bay­can Döv­lət­çi­li­yi­nin in­ki­şa­fı üçün da­im ça­lı­şır, əlin­dən gə­lə­ni əsir­gə­mir.

Müs­bət fəa­liy­yə­ti­ni nə­zə­rə ala­raq Pre­zi­dent İl­ham Əli­yev 2006-cı il­də Cə­fər Cə­fə­ro­vu ye­ni ya­ra­dı­lan Azər­bay­can Tu­rizm İns­ti­tu­tu­na rek­tor tə­yin et­di. Res­pub­li­ka rəh­bər­li­yi tə­rə­fin­dən ona müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən nü­mu­nə­vi bir ali mək­təb ya­ra­dıl­ma­sı ki­mi mə­sul və­zi­fə hə­va­lə olun­du. İs­la­hat­çı rek­tor ki­mi ta­nı­nan ta­rix üz­rə elm­lər dok­to­ru, pro­fes­sor Cə­fər Cə­fə­rov 10 ilə ya­xın Azər­bay­can Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­tin­də­ki fəa­liy­yə­ti ilə ic­ti­ma­iy­yət ara­sın­da müs­bət imic ya­ra­da bil­miş­dir. Res­pub­li­ka əha­li­si, zi­ya­lı­lar onu de­mok­ra­tik fi­kir­li, ne­qa­tiv hal­la­ra qar­şı ba­rış­maz bir rəh­bər iş­çi ki­mi ta­nı­yır və ona hör­mət edir. Cə­fər Cə­fə­rov 10 il ər­zin­də Azər­bay­can Tu­rizm və Me­nec­ment Uni­ver­si­te­ti ki­mi müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən bir ali təh­sil mü­əs­si­sə­si ya­rat­maq­la ya­na­şı, öz el­mi iş­lə­ri üzə­rin­də də mü­vəf­fə­qiy­yət­lə ça­lış­dı. O, bu dövr­də ta­rix üz­rə elm­lər dok­to­ru el­mi də­rə­cə­si və prof­fes­sor el­mi adı­nı al­dı. Cə­fər Cə­fə­rov ona gös­tə­ri­lən eti­ma­dı döğ­rult­du­ğu­na gö­rə Pre­zi­dent İl­ham Əli­yev 2016-cı ilin ya­yın­da ona ye­ni­dən bö­yük eti­mad gös­tə­rək da­ha bö­yük təh­sil oca­ğı olan AD­PU-ya rek­tor tə­yin et­di.

- Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­tin­də apa­rı­lan is­la­hat­lar­la bağ­lı müx­tə­lif eks­pert­lər öz rəy­lə­ri­ni bil­di­rib­lər. Bu is­la­hat­la­ra Si­zin mü­na­si­bə­ti­niz ne­cə­dir?

- Azər­bay­can Döv­lət Müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra so­vet döv­rün­dən qal­mış bir sı­ra prob­lem­lə­rin, o cüm­lə­dən təh­sil sa­hə­sin­də prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı sa­hə­sin­də məq­səd­yön­lü iş­lər hə­ya­ta ke­çi­ril­miş, qa­nun­ve­ri­ci­lik ba­za­sı tək­mil­ləş­di­ril­miş­dir. La­kin çox tə­əs­süf ki, bə­zi təh­sil mü­əs­si­sə­lə­rin­də hə­lə də çox cid­di prob­lem­lər qal­maq­da­dır. Bu prob­lem­lər­dən ən baş­lı­ca­sı kadr prob­le­mi­dir. Mən özüm də 40 il­dir ki, müx­tə­lif ali mək­təb­lər­də dərs de­yi­rəm. Bə­zi hal­lar­da yük­sək el­mi adı, müx­tə­lif mü­ka­fat­la­rı olan şəxs­lər bu ti­tul­la­rın ar­xa­sın­da giz­lə­nə­rək, au­di­to­ri­ya­da dərs de­mək əvə­zi­nə, da­ha çox ka­fed­ra­la­rın boy­nun­da yü­kə çev­ri­lir, kol­lek­ti­vin in­ki­şa­fı­na ma­ne olur. Ha­zır­da AD­PU-da apa­rı­lan is­la­hat­la­rın əsas ma­hiy­yə­ti on­dan iba­rət­dir ki, mü­əl­lim­lə­rin de­mok­ra­tik yol­la, şəf­faf şə­ra­it­də seç­ki­si təş­kil olu­nur. Yə­ni ka­fed­ra­da və­zi­fə tut­maq is­tə­yən şəxs­lər, kim­li­yin­dən ası­lı ol­ma­ya­raq, bi­rin­ci növ­bə­də ko­mis­si­ya­nın iş­ti­ra­kı ilə au­di­to­ri­ya­da açıq dərs keç­mə­li­dir. Məhz de­dik­lə­ri dərs­lə­rin key­fiy­yə­ti­nə gö­rə on­lar bu və­zi­fə­lə­rə se­çi­lə bi­lə­cək­lər.

- Bəs əv­vəl­lər mü­əl­lim­lə­rin işə gö­tü­rül­mə­si ne­cə hə­ya­ta ke­çi­ri­lib?

- Əv­vəl­lər ba­yaq de­di­yim ki­mi ti­tul­lar əsas gö­tü­rü­lüb. Bun­dan baş­qa pro­tek­si­ya, di­gər ne­qa­tiv hal­lar da möv­cud olub. Fik­rim­cə, ali mək­təb­də müa­sir döv­rün tə­lə­ba­tı­na ca­vab ve­rən, gənc­lə­rə nü­mu­nə olan, on­la­ra və­tə­nə, mil­lə­tə, döv­lə­tə mə­həb­bət his­si aşı­la­ya bi­lən mü­əl­lim dərs de­mə­li­dir. Mən­də olan mə­lu­ma­ta gö­rə, AD­PU-nun bə­zi ka­fed­ra­la­rın­da əv­vəl­lər ay­da bir ne­çə də­fə ka­fed­ra­ya baş çə­kən, dərs yük­lə­ri, au­di­to­ri­ya sa­at­la­rı ol­ma­yan çox­lu say­da mü­əl­lim olub. Ye­ni rəh­bər­li­yin uni­ver­si­tet­də ni­zam-in­ti­za­mı qay­da­ya sal­maq üçün im­za jur­nal­la­rı­nı tət­biq et­mə­si bu cür ne­qa­tiv hal­la­rı üzə çı­xar­dı.

- Siz­cə, bö­yük kol­lek­ti­vi olan AD­PU-da bu is­la­hat­lar­dan ra­zı qa­lan­lar çox­dur, ya əleyh­dar­la­rı?

- AD­PU-nun ye­ni rəh­bər­li­yi­nin hə­ya­ta ke­çir­di­yi de­mok­ra­tik is­la­hat­lar bi­rin­ci növ­bə­də Azər­bay­can döv­lət­çi­li­yi­nin güc­lən­mə­si­nə xid­mət edir. Əl­bət­tə, bu is­la­hat­lar­dan ra­zı qa­lan­lar da var, na­ra­zı­lar da. Bu da tə­bii­dir. Ay­lar­la işə gəl­mə­yib ma­aş alan, öz iş yer­lə­ri­ni iti­rib tə­qaü­də ge­den­lər, əl­bət­tə ki, na­ra­zı qa­la­caq­lar. La­kin bu is­la­hat­la­rın müs­bət nə­ti­cə­lə­ri ar­tıq gö­rün­mək­də­dir. Bə­zi ka­fed­ra­lar­da il­lər­lə la­bo­rant iş­lə­yib mü­əl­lim ke­çə bil­mə­yən gənc alim­lə­rə mün­bit şə­ra­it ya­ra­dı­lıb. Fik­rim­cə, AD­PU-da bu is­la­hat­lar öz müs­bət nə­ti­cə­si­ni ve­rə­cək. Ar­zu edi­rəm ki, di­gər uni­ver­si­tet­lər də bu müs­bət təc­rü­bə­dən bəh­rə­lən­sin­lər.

Son xəbərlər