22/08/2017 20:49
728 x 90

Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək

img

Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, 27 noyabr 2014-cü il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış 126 saylı əmrə əsasən “Tibbi sosial ekspert komissiyasına göndəriş”in yeni forması, o cümlədən “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq edilib. Bundan əlavə “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılıb, bu məqsədlə məlumat bazasının və proqram təminatının hazırlanması təmin edilmişdir. Respublikanın səhiyyə müəssisələrində “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nın proqram təminatının tətbiqi zamanı həmin müəssisələrə texniki dəstəyin göstərilməsi təmin edilib.

1 yanvar 2015-ci il tarixdən “Tibbi sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş” yalnız müvafiq proqram modulundan çap edilməsi yolu ilə təmin edilib.

Sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 9 sentyabr 2015-ci il tarixdə imzalanmış 85 saylı əmrə əsasən əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib.

Əmrin icrası ilə bağlı respublikanın şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilib. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib.

Bundan əlavə respublikanın şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərləri tərəfindən həkim-məsləhət komissiyaları üzvləri gücləndirilmiş elektron imza ilə təmin edilib və tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil olunması təmin edilib.

Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanmış və 30 mart 2016-cı ilə tarixdə Nazirlər Kabinetinin 140 saylı Qərarı ilə təsdiq edilib. Eyni zamanda Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu sənəd əsasında müvafiq Əsasnamə Nazirlər Kabinetinin 413 saylı Qərarı ilə 30 dekabr 2015-ci il tarixdə təsdiq edilib.

Əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atılıb.

Əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədə uyğun hesab edilib.

Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.

Son xəbərlər