18/10/2017 03:59
728 x 90

Yüz qız uşa­ğı­na yüz on iki oğ­lan... Ha­ra ge­di­rik...

"Oğ­lan­lar is­tə­mə­sə­lər be­lə, ai­lə qur­maq üçün xa­ri­cə üz tu­tub əc­nə­bi qız­lar­la ev­lə­nə­cək"

img

Ay­tə­kin Kam­ran­qı­zı: "Son il­lər se­lek­tiv abort­la­rın he­sa­bı­na oğ­lan uşaq­la­rı­nın sa­yı sü­rət­lə art­ma­ğa baş­la­yıb"

 

Bu ilin əv­və­lin­dən öl­kə əha­li­si­nin sa­yı 13686 nə­fər və ya­xud 0,1 fa­iz ar­ta­raq 2017-ci il mart ayı­nın 1-i və­ziy­yə­ti­nə 9823667 nə­fə­rə ça­tıb.

Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin yay­dı­ğı mə­lu­ma­ta əsa­sən, Əd­liy­yə Na­zir­li­yi­nin ra­yon (şə­hər) qey­diy­yat şö­bə­lə­ri tə­rə­fin­dən ca­ri ilin yan­var-fev­ral ay­la­rı ər­zin­də öl­kə­də 24648, ya­xud hər gün or­ta he­sab­la 418 do­ğul­muş kör­pə qey­də alı­nıb və əha­li­nin hər 1000 nə­fə­ri­nə bu gös­tə­ri­ci 15,7 təş­kil edib. Kör­pə­lər­dən 424-ü əkiz, 12-si üçəm do­ğu­lan­lar­dır. Ye­ni do­ğu­lan kör­pə­lər ara­sın­da qız­la­rın xü­su­si çə­ki­si 47,3 fa­iz təş­kil edə­rək, ha­zır­da hər 100 do­ğu­lan qı­za 112 oğ­lan dü­şür (bio­lo­ji nor­ma 105-107 təş­kil edir).

Ha­zır­da öl­kə­də əha­li­nin tək­rar is­teh­sa­lı tə­min olu­na­raq uşaq doğ­maq qa­bi­liy­yə­ti­nə ma­lik olan hər bir qa­dı­na bü­tün öm­rü bo­yu 2 uşaq dü­şür.

Ha­zır­da 100 do­ğu­lan qı­za 112 oğ­la­nın düş­mə­si eks­pert­lər tə­rə­fin­dən na­ra­hat­lıq­la qar­şı­la­nır.
So­sio­loq Ay­tə­kin Kam­ran­qı­zı bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki,

ha­zır­da Azər­bay­can­da əha­li­nin təq­ri­bən 50.5 fai­zi­ni qa­dın­lar, 49.5 fai­zi­ni ki­şi­lər təş­kil edir. Bu­na sub­yek­tiv sə­bəb­lər tə­sir edir: "Son il­lər se­lek­tiv abort­la­rın he­sa­bı­na oğ­lan uşaq­la­rı­nın sa­yı sü­rət­lə art­ma­ğa baş­la­yıb. Se­lek­tiv abort­lar­la bağ­lı mə­sə­lə də­fə­lər­lə gün­də­mə gə­ti­ril­di, döv­lət qu­rum­la­rı tə­rə­fin­dən mü­za­ki­rə­yə çı­xa­rıl­dı. Və­tən­daş cə­miy­yə­ti tə­rə­fin­dən mə­sə­lə­nin həl­li is­ti­qa­mə­tin­də mü­əy­yən maa­rif­lən­di­ri­ci təd­bir­lər ke­çi­ril­di".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, prob­le­min həl­li üçün abort­la­rın in­san or­qa­niz­mi­nə zi­ya­nı ba­rə­də maa­rif­lən­dir­mə xa­rak­ter­li mə­lu­mat­lar ve­ril­mə­li­dir: "Əs­lin­də, ul­tra­səs müa­yi­nə­sin­də cin­siy­yət ba­rə­də mə­lu­mat ve­ril­mə­si­nə qa­da­ğa qoy­maq heç nə­yi də­yiş­mir. Uşa­ğın cin­si­ni öy­rən­mək is­tə­yən qa­dın is­tə­ni­lən for­ma­da bu­na na­il ola bi­lər. Çin­də bu mə­lu­ma­tın ve­ril­mə­si qa­da­ğan edi­lib. Am­ma ye­nə də do­ğu­lan oğ­lan uşaq­la­rı­dır".

So­sio­loq onu da vur­ğu­la­dı ki, oğ­lan­la­rın, ya da qız­la­rın əc­nə­bi­lər­lə ai­lə qur­ma­sı heç bir dövr­də al­qış­lan­ma­yıb və müs­bət qar­şı­lan­ma­yıb: "Am­ma prob­lem on­da­dır ki, gə­lə­cək­də bu, məc­bu­ri xa­rak­ter da­şı­ya­caq. Oğ­lan­lar is­tə­mə­sə­lər be­lə, ai­lə qur­maq üçün xa­ri­cə üz tu­tub əc­nə­bi qız­lar­la ev­lə­nə­cək. Əc­nə­bi­lər­lə ai­lə qu­ran­la­rın sa­yı­nın ço­xal­ma­sı öl­kə­miz üçün cid­di prob­lem­lər ya­ra­da­caq, et­nik tər­kib­də cid­di də­yi­şik­lik­lər ola­caq. Di­gər tə­rəf­dən, əc­nə­bi qa­dın­la­rın bö­yüt­dü­yü uşaq­lar nə adət-ənə­nə­lə­ri­mi­zi, nə də di­ni­mi­zi bi­lə­cək".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər