24/08/2017 12:38
728 x 90

DİN-in 2 say­lı Uşaq Bağ­ça­sın­da bir Nov­ruz şad­lı­ğı... - FOTO

Kör­pə­lər gü­lər­sə, dün­ya gü­lər...

img

Nov­ruz bay­ra­mı ilə əla­qə­dar öl­kə­mi­zin hər ye­rin­də al-əl­van bay­ram şən­lik­lə­ri ke­çi­ri­lir. Bu bay­ram ov­qa­tın­dan da­ha çox se­vinc pa­yı ba­la­la­rı­mı­za dü­şür.    

DİN Mad­di-Tex­ni­ki Tə­mi­nat Baş İda­rə­si­nin 2 nöm­rə­li Uşaq Bağ­ça­sın­da biz özü­müz bu­nun bir da­ha şa­hi­di ol­duq.

Bağ­ça­ya da­xil olar­kən əsl bay­ram əh­val-ru­hiy­yə­si­ni hiss et­dik. Bay­ram li­bas­la­rın­da olan uşaq­lar bö­yük se­vinclə öz çı­xış­la­rı­nı göz­lə­yir­di­lər.

Əv­vəl­cə bağ­ça­nın mü­di­rə­si Se­vinc Məm­mə­də­li­ye­va çı­xış edə­rək uşaq­la­rı, pe­da­qo­ji kol­lek­ti­vi, təd­bi­rin di­gər iş­ti­rak­çı­la­rı­nı Nov­ruz bay­ra­mı mü­na­si­bə­ti­lə təb­rik et­di, on­la­ra xoş ar­zu­la­rı­nı çat­dır­dı. Nov­ru­zun Azər­bay­ca­nın ən qə­dim bay­ram­la­rın­dan bi­ri ki­mi əsrlər bo­yu hər il qeyd olun­du­ğu­nu de­yən S.Məm­mə­də­li­ye­va bu il də ba­har bay­ra­mı­nın gə­li­şi­ni uşaq­la­rın bö­yük se­vinclə qar­şı­la­dı­ğı­nı, rəh­bər­lik et­di­yi mək­tə­bə­qə­dər mü­əs­si­sə­də də hər də­fə bu şə­rə­fə bir-bi­rin­dən ma­raq­lı, yad­da­qa­lan mə­ra­sim­lə­rin təş­kil olun­du­ğu­nu xü­su­si vur­ğu­la­dı.

Qeyd edək ki, bay­ram şən­li­yi rus və Azər­bay­can böl­mə­lə­ri­nin uşaq­la­rı­nın bir­gə iş­ti­ra­kı ilə dü­zən­lən­miş­di. Va­li­deynlə­rin də qa­tıl­dı­ğı təd­bir­də kör­pə­lər çı­xış­la­rı­na ön­cə Nov­ruz haq­qın­da mah­nı ilə baş­la­dı­lar. Da­ha son­ra ha­zır­la­dıq­la­rı şe­ir­lə­ri növ­bə ilə qo­naq­la­ra söy­lə­di­lər. Bir-bi­rin­dən gö­zəl rəqslər də öz ye­rin­də.

Ba­la­ca Ba­har qı­zı­nın rəq­si isə bay­ra­ma bir baş­qa rəng qat­dı. Bay­ra­mın so­nu­na ya­xın za­la Nov­ru­zun sim­vol­la­rı olan Ko­sa və Ke­çəl təş­rif bu­yur­du. On­la­rın gə­li­şi uşaq­la­rın se­vin­ci­ni da­ha da ar­tır­dı. Ko­sa və Ke­çə­lin mə­zə­li söh­bət­lə­ri, uşaq­lar­la oyun­la­rı bay­ra­mı da­ha da ma­raq­lı et­di.  

Bağ­ça­da mü­əl­li­mə iş­lə­yən Nə­za­kət Na­ğı­ye­va­dan bay­ram tə­əs­sü­rat­la­rı­nı öy­rən­dik. O bi­zim­lə söh­bə­tin­də uşaq­la­rın çı­xış­la­rın­dan ra­zı qal­dı­ğı­nı bil­dir­di:

- Bağ­ça­mız­da çox is­te­dad­lı uşaq­lar var. On­lar hər bir şe­i­ri, mah­nı­nı, rəq­si asan­lıq­la öy­rə­nə bi­lir­lər. Düz­dür, bə­zən də­cəl­lik­lə­ri ilə bi­zi in­ci­dir­lər. Am­ma bu­na bax­ma­ya­raq, çox ba­ca­rıq­lı­dır­lar.  

Bay­ram­la əla­qə­dar va­li­deynlər­lə də söh­bət­ləş­dik. On­lar da uşaq­la­rın bay­ram şən­li­yin­dən çox ra­zı qal­dıq­la­rı­nı və uşaq­la­rın se­vin­ci­nə sə­bəb olan be­lə gö­zəl şən­lik təş­kil olun­du­ğu­na gö­rə tə­şək­kür­lə­ri­ni bil­dir­di­lər.

Təd­bi­ri ma­raq­lı edən mə­qam­lar­dan bi­ri də bay­ram şir­niy­yat­la­rı­nın və di­gər şir­niy­yat­la­rın elə təd­bir­də­cə bi­şi­ri­lib uşaq­la­ra, qo­naq­la­ra pay­lan­ma­sı idi.

Po­lis ba­la­la­rı­na bu se­vin­ci ya­şa­dan in­san­lar­dan - cə­fa­keş mü­əl­lim­lər­dən Mə­ta­nət Ab­dul­la­ye­va­nın, Na­tal­ya Zas­lavska­ya­nın, Üzey­rə Ab­dul­la­ye­va­nın, bağ­ça­nın mu­si­qi rəh­bə­ri Zo­ya Şıx­ba­ba­ye­va­nın və me­to­dist Vü­sa­lə Ək­bə­ro­va­nın adı­nı qeyd et­mə­yi də özü­mü­zə borc bil­dik.

Ha­fiz Tə­mi­rov
po­lis ma­yo­ru

Son xəbərlər