24/08/2017 12:37
728 x 90

Nə­si­mi ra­yo­nun­da im­kan­sız ai­lə­lə­rə bay­ram pay­la­rı təq­dim olun­du...

img

Xal­qı­mı­zın əziz bay­ram­la­rın­dan olan Nov­ruz pay­tax­tın Nə­si­mi ra­yo­nun­da da ge­niş şə­kil­də qeyd olu­nur.

Nə­si­mi Ra­yon İc­ra Ha­ki­miy­yə­tin­dən ba­ki-xe­ber.com-a ve­ri­lən xə­bə­rə gö­rə, Nov­ruz bay­ra­mı­na həsr olun­muş təd­bir­lər çər­çi­və­sin­də ra­yon­da ya­şa­yan şə­hid, əlil, ve­te­ran, kim­sə­siz və az­tə­mi­nat­lı ai­lə­lər, məc­bu­ri köç­kün­lə­rə qay­ğı diq­qət mər­kə­zin­də sax­la­nıb. Bu qə­bil­dən olan ai­lə­lə­rin bay­ra­ma ha­zır­lı­qa iş­lə­rin­də, Nə­si­mi ra­yon İc­ra Ha­ki­miy­yə­ti ilə ya­na­şı, ra­yon­da yer­lə­şən ida­rə və təş­ki­lat­lar, xü­su­si­lə də ənə­nə­vi ola­raq be­lə xoş­mə­ram­lı təd­bir­lər­də ya­xın­dan iş­ti­rak edən iş adam­la­rı, ay­rı-ay­rı xey­riy­yə­çi­lər tə­rə­fin­dən əziz bay­ram mü­na­si­bə­ti­lə ra­yon­da ya­şa­yan az­tə­mi­nat­lı ai­lə­lər üçün zə­ru­ri ər­zaq­lar­dan iba­rət bağ­la­ma­lar təş­kil olu­nub.

Nov­ruz təd­bir­lə­ri çər­çi­və­sin­də, ey­ni za­man­da, Nə­si­mi Ra­yon İc­ra Ha­ki­miy­yə­ti "İm­pe­ri­al" şad­lıq sa­ra­yın­da Qa­ra­bağ əlil­lə­ri, mü­ha­ri­bə ve­te­ran­la­rı və şə­hid ai­lə­lə­ri ic­ti­mai bir­li­yi­nin, Ve­te­ran Təş­ki­lat­la­rı Şu­ra­sı­nın, Azər­bay­can Və­tən Mü­ha­ri­bə­si Ve­te­ran­la­rı İc­ti­mai Bir­li­yi­nin, Qı­zıl Ay­pa­ra, Göz­dən Əlil­lər, Əlil­lər, Çer­no­bıl əlil­lə­ri, 20 Yan­var cə­miy­yə­ti, Azər­bay­can­da­kı Rus İc­ma­sı­nın və "Sod­ru­jestvo" cə­miy­yət­lə­ri­nin ra­yon şö­bə­lə­ri­nin rəh­bər­lə­ri və üzvlə­ri, ya­taq xəs­tə­lə­ri­nə xid­mət gös­tə­rən so­si­al xid­mət iş­çi­lə­ri üçün bay­ram mə­ra­si­mi təş­kil edib.

Nə­si­mi ra­yon İc­ra Ha­ki­miy­yə­ti baş­çı­sı­nın bi­rin­ci mü­a­vi­ni Gü­la­rə Ver­di­ye­va təd­bir iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­ya­raq, on­la­rı Nov­ruz Bay­ra­mı mü­na­si­bə­ti­lə təb­rik edib, ra­yon rəh­bər­li­yi və ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri­nin cəb­hə böl­gə­sin­də, düş­mən­lə bir­ba­şa tə­mas xət­tin­də xid­mət edən əs­gər­lə­ri­mi­zin qo­na­ğı ol­du­ğu­nu və on­la­ra xey­li sov­qat apa­rıl­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb.

Nov­ruz Bay­ra­mı ilə əla­qə­dar ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin təş­ki­lat­çı­lı­ğı ilə ha­zır­lan­mış ər­zaq bağ­la­ma­la­rı ilk növ­bə­də yar­dı­ma eh­ti­ya­cı olan ai­lə­lə­rə - şə­hid, əlil, əra­zi­də yer­lə­şə­na ya­taq­xa­na­da kom­pakt məs­kun­laş­mış məc­bu­ri köç­kün ai­lə­lə­ri, tən­ha, kim­sə­siz və s. az­tə­mi­nat­lı ai­lə­lə­rin üzvlə­ri­nə, ümu­mi­lik­də 2500-dən çox ai­lə­yə təq­dim olu­nub. Təd­bir­də çı­xış edən Çer­no­bıl və 20 Yan­var Əlil­lə­ri cə­miy­yət­lə­ri­nin rəh­bər­lə­ri, Bö­yük Və­tən mü­ha­ri­bə­si, Qa­ra­bağ ve­te­ran­la­rı və di­gər­lə­ri bay­ram mü­na­si­bə­ti­lə gös­tə­ri­lən yar­dım­la­ra gö­rə min­nət­dar­lıq­la­rı­nı bil­di­rib­lər.

Ba­ki-xe­ber.com

Son xəbərlər