18/10/2017 20:39
728 x 90

Məleykə Abbaszadə DİM-in gəlirləri haqqında yazılanlara münasibət bildirdi

“…araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmir”

img

Qəbul imtahanlarının qiymətləri ilə bağlı Tarif (Qiymət) Şurasına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bir neçə layihə təqdim edilmişdi. Qəbul imtahanlarının Tarif Şurası tərəfindən təsdiqlənən qiymətləri də DİM-in verdiyi layihələr sırasında var idi. Trend-in məlumatına görə, bunu DİM-nin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

DİM-in hazırkı qaydalarla ilk dəfə bu il imtahan keçirəcəyini xatırladan M.Abbaszadə deyib ki, imtahanların təşkili ilə bağlı müəyyən məbləğ onlara dövlət tərəfindən veriləcək: "Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar hökumətə o zaman müraciət edə bilərik ki, Prezidentin sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayını bilək. Sənəd qəbulu bitdikdən sonra biz hökumətə müraciət edərək deyə bilərik ki, bu sayda abituriyentin pulunu DİM-ə ödəməlisiniz. Pul köçürmələri müəyyən vaxt tələb edir. Təbii ki, həmin məbləğ bizə əvvəlcədən daxil olsaydı, daha yaxşı olardı".

M.Abbaszadə deyib ki, maliyyələşdirmə yolunun dəyişməsindən asılı olmayaraq, qəbul imtahanlarının keyfiyyəti dəyişməyəcək: "İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə isə onu nəzərdə tuturam ki, hər bir stolun arxasında bir abituriyent otursun. Təbii ki, bu, daha çox vəsait və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq".

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul imtahanlarının ödənişləri hələ dəqiqləşdirilməyib.

Onun sözlərinə görə, dövlət qulluğuna dair bəzi qaydalar təsdiqlənsə də, müsahibə ilə əlaqədar qaydalar təsdiqlənməyib: “İndi müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət ediləcək”.

M.Abbaszadə DİM-in gəlirləri haqqında yazılanlara da münasibət bildirib: "Hansısa ekspertlərin arayışına əsasən, DİM-in imtahanlardan əldə etdiyi gəlirlər hesablanaraq ictimiayyətə təqdim olunub. Maraqlıdır ki, daxil olan və xərclənən məbləğ nəyə istinadən verilib? Ümumiyyətlə, daxil olan məbləğin hamısı gəlir ola bilməz. Yazıdan məlum olur ki, araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmir, həm də adi riyazi əməliyyatı aparmağı bacarmırlar. Hətta özlərinin yazdığı hesablamarda belə "5+2" əməlinin cavabını 9 kimi qeyd edirlər".

“Hazırda ali məktəblərə sənəd qəbulu aparıldığından bakalavriatura səviyyəsi üzrə qəbul imtahanlarının dəqiq tarixi məlum deyil”. Bunu da M.Abbaszadə deyib.

Qəbul imtahanlarının dəqiq tarixlərinin hələ müəyyənləşdirilməməsi məsələsinə aydınlıq gətirən M.Abbaszadə bildirib ki, hələ hansı ixtisas qrupuna neçə nəfər abituriyentin sənəd verəcəyi bilinmir: "Ona görə də bizə vacibdir ki, hamı indidən sənəd versin. Ondan sonra günlər müəyyənləşəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi. Biz bunu indidən bilmirik. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Ola bilsin, daha az tələbə sayı olacaq və buna görə də hansısa qruplar bir gündə imtahan verəcəklər. Biz hələ bunu bilmirik”.

M.Abbaszadə qeyd edib ki, ümumi şəkildə müəyyənləşdirilmiş imtahan qrafikinə əsasən, bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi aprel ayında olacaq.

Son xəbərlər