24/06/2017 12:35
728 x 90

Nov­ruz­da qa­pı­la­ra pa­paq yox, mil­li ele­mentlər­lə iş­lən­miş tor­ba­lar atıl­ma­sı tək­lif ki­mi ve­ril­di...

img

Ay­gün Bün­yad­za­də: "Nov­ru­zun bü­tün ele­mentlə­ri­nin əks olu­na­ca­ğı bu tor­ba­la­rın alı­cı­la­rı çox ola­caq"

Əziz­ba­la Ba­la­xa­nı­lı: "Si­zin irə­li sür­dü­yü­nüz ide­ya çox yax­şı­dır"

 

Nov­ruz bay­ra­mı xal­qı­mı­zın ən əziz, həm də mü­qəd­dəs bay­ra­mı­dı. Uzun əsrlər­dir ki, xalq ola­raq el­lik­cə bu bay­ra­mı qeyd edir, onun gə­tir­di­yi se­vinc, şad­lıq ov­qa­tı­na kök­lə­ni­rik. Nov­ruz bay­ra­mın­da və Nov­ru­za qə­dər­ki çər­şən­bə­lər­də Azər­bay­ca­nın hər bir böl­gə­sin­də müx­tə­lif ayin­lər, mə­ra­sim­lər ke­çi­ri­lir.

Bu mə­ra­sim­lə­rin hər bi­ri mi­nil­lə­rin süz­gə­cin­dən ke­çə­rək gü­nü­mü­zə qə­dər uzun bir mə­sa­fə qət edib. Nov­ruz adət­lə­ri cə­miy­yə­ti­miz­də hər za­man yük­sək sə­viy­yə­də ic­ra edi­lib. Hər kəs ça­lı­şıb ki, mü­qəd­dəs və əziz bay­ra­mı­mı­zın də­yə­ri və ele­mentlə­ri ya­şa­sın. Əl­bət­tə, biz­dən əv­vəl­ki nə­sil­lər adət və ənə­nə­lə­ri­mi­zi, mə­ra­sim mə­də­niy­yə­ti­mi­zi da­ha cid­di şə­kil­də qo­ru­ya bi­lib. On­lar bay­ram adət­lə­ri­nin, at­ri­but və ele­mentlə­ri­nin ənə­nə­lər­dən qay­naq­la­nan şə­kil­də qo­run­ma­sı­na ça­lı­şır­dı. On­la­rın mü­ha­fi­zə edib bu­gün­kü nəs­lə ötür­dük­lə­ri bay­ram ənə­nə­lə­ri­nin bə­zi ele­mentlə­ri küt­lə­vi şə­kil­də təh­ri­fə uğ­ra­yıb. San­ki təh­rif­lə­rə dəs­tək ver­mək­lə özü­müz bi­lə­rək­dən ənə­nə­lə­ri­mi­zin əri­yib it­mə­si­nə, məhv ol­ma­sı­na rə­vac ve­ri­rik. Əs­lin­də isə, dün­ya­nın bü­tün qə­dim xalqla­rı adət-ənə­nə­lə­ri­ni, bay­ram, mə­ra­sim mə­də­niy­yət­lə­ri­ni qo­ru­maq üçün təd­bir­lər gö­rür.

Qə­dim xalq ol­ma­ğı­mı­za bax­ma­ya­raq, bə­zi qə­dim adət­lə­ri­mi­zi "ye­ni­lə­mə­yə"ça­lı­şı­rıq, bu isə ənə­nə­lə­ri­mi­zin köl­gə­də qal­ma­sı­na gə­ti­rib çı­xa­rır. Təh­rif olu­nan bay­ram ele­mentlə­rin­dən bi­ri tor­ba at­maq mə­ra­si­mi­di ki, in­di küt­lə­vi ola­raq tor­ba­nı pa­paq­la əvəz edib­lər.

Sirr de­yil ki, ila­xır çər­şən­bə­nin və Nov­ruz Bay­ra­mı­nın gə­li­şi­ni uşaq­lar  bö­yük­lər­dən da­ha çox göz­lə­yir. Uşaq­la­rı se­vin­di­rən, şad­lan­dı­ran yal­nız lə­ziz bay­ram biş­miş­lə­ri de­yil, bay­ram için­də ke­çi­ri­lən mə­ra­sim­lər­di. Uşaq­lar bay­ram gü­nü ton­qal qa­la­ma­ğı, qa­pı­la­ra pa­paq at­ma­ğı da­ha çox se­vir. Gör­dü­yü­müz ki­mi Nov­ruz ənə­nə­lə­ri ara­sın­da ən ma­raq­lı ele­mentlər­dən bi­ri uşaq­la­rın iş­ti­ra­kı ilə ke­çi­ri­lən pa­pa­qat­dı­dır. Uşaq­la­rın bay­ram­da qa­pı­la­ra tor­ba de­yil, pa­paq at­ma­sı cid­di na­ra­hat­lıq ya­ra­dır. Son il­lər bu­nun ge­niş miq­yas al­ma­sı yaş­lı nəs­li də, zi­ya­lı­la­rı, mət­bu­a­tı da cid­di na­ra­hat edir. Bir za­man­lar bay­ram­qa­ba­ğı ana­lar uşaq­la­ra rəngli, na­xış­lı tor­ba­lar ti­kər­di, uşaq­lar da ev­lə­rə tor­ba atar­dı. Bun­dan əv­vəl­ki çağ­lar­da isə uşaq­lar ba­ca­lar­dan qur­şaq sal­la­yar­dı, evin xa­nı­mı bay­ram sov­qa­tı­nı qur­şa­ğa bağ­la­yar­dı. Son­ra­dan qur­şaq tor­ba ilə əvəz­lən­di. Bu gün isə tor­ba funksi­ya­sı­nı uşaq­la­rın pa­pa­ğı ye­ri­nə ye­ti­rir. Bi­li­rik ki, pa­paq Azər­bay­can­da hə­mi­şə ki­şi­lik, qey­rət sim­vo­lu olub. Bu gün də o cür­dür. Uşaq­la­rın öz pa­paq­la­rı­nı qa­pı­la­ra at­ma­sı bu ba­xım­dan xo­şa gə­lən de­yil.

Uşaq­lar bay­ram ənə­nə­si­nə uy­ğun ola­raq pa­paq yox, tor­ba at­sa­lar da­ha yax­şı olar. Həm pa­pa­ğın ayaq al­tı­na atıl­ma­sı­nın qar­şı­sı alı­nar, həm də ənə­nə­lə­rə qa­yı­dış olar.

Çox yax­şı olar ki, Azər­bay­ca­nın yer­li şir­kət­lər, ti­kiş sex­lə­ri tə­rə­fin­dən yer­li rəs­sam və di­zay­ner­lə­rin iş­ti­ra­kı ilə üzə­rin­də mil­li na­ğıl qəh­rə­man­la­rı­mı­zın per­so­naj­la­rı olan, bay­ram at­ri­but və sim­vol­la­rı, ele­mentlə­ri həkk olu­nan, Nov­ru­zun ma­hiy­yə­ti­ni özün­də eh­ti­va edən bay­ram tor­ba­la­rı is­teh­sal edil­sin. Bu tor­ba­lar sa­tış mər­kəz­lə­ri­nə ve­ril­sin və va­li­deynlər də öv­la­dı üçün hə­min bay­ram tor­ba­la­rı­nı asan­lıq­la ala bil­sin. Əl­bət­tə, be­lə bir işin gö­rül­mə­si­ni bü­tün va­li­deynlər ar­zu edər. 

Tək­li­fi­mi­zə dəs­tək ve­rən ta­nın­mış uşaq ya­zı­çı­sı Ay­gün Bün­yad­za­də bil­dir­di ki, bir­mə­na­lı ola­raq irə­li sür­dü­yü­müz tə­şəb­bü­sü dəs­tək­lə­yir. A.Bün­yad­za­də bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, bu iş çox­dan gö­rül­mə­li idi. Xa­nım ya­za­rın söz­lə­ri­nə gö­rə, uşaq­la­rı­mı­zı mil­li adət-ənə­nə­lə­ri­mi­zə bağ­la­maq la­zım­dır: "Ol­duq­ca gö­zəl tə­şəb­büs­dü. Mən qa­pı­la­ra pa­paq atıl­ma­sı­nın bir­mə­na­lı ola­raq əley­hi­nə­yəm. Pa­paq ta­ri­xən ki­şi­lik, qey­rət rəm­zi sa­yı­lıb. Qa­pı­ya pa­paq atı­lır­sa, be­lə çı­xır ki, biz qey­rə­ti­mi­zi ayaq al­tı­na atı­rıq. De­yə bi­lər­lər ki, bö­yük pa­pa­ğı de­yil ki, uşaq pa­pa­ğı­dır. Fər­qi yox­dur. Uşaq ne­cə tər­bi­yə olu­nur­sa o cür də da­vam edir. Uşaq­la­rı­mı­za in­di­dən­dən xal­qı­mı­zın bay­ram­la­rı­nı, adət-ənə­nə­lə­ri­ni, bay­ram at­ri­but­la­rı­nı sev­dir­mə­li­yik ki, on­lar­da bu də­yər­lə­rə hör­mət his­si ya­ran­sın. Uşaq bu gün pa­paq atır­sa və biz də ona rə­vac ve­ri­rik­sə, o uşaq­da pa­pa­ğa heç bir hör­mət his­si ol­ma­ya­caq. Odur ki, tor­ba at­ma ənə­nə­si qa­yıt­ma­lı­dır. Si­zin sö­zü­nü­zə qüv­vət, yer­li ti­kiş şir­kət­lə­ri rəs­sam-di­zay­ner­lə­rin iş­ti­ra­kı ilə bay­ram tor­ba­la­rı ti­kib küt­lə­vi sa­tı­şa çı­xa­ra bi­lər. Bu­nu ürək­dən ar­zu edi­rəm. Bi­lir­siz bu­na ne­cə bö­yük ma­raq ola­caq? Uşaq­lar is­tə­yə­cək ki, onun da tor­ba­sı ol­sun. Bu tor­ba­la­rı əl­van şə­kil­də ha­zır­la­maq la­zım­dı ki, uşaq­la­rın diq­qə­ti­ni çək­sin. İna­nın ki, Nov­ru­zun bü­tün ele­mentlə­ri­nin əks olu­na­ca­ğı bu tor­ba­la­rın alı­cı­la­rı çox ola­caq. Al­ter­na­tiv se­çim ol­ma­dı­ğı üçün uşaq­lar pa­paq atır. Al­ter­ne­tiv se­çim ol­duq­da on­lar pa­paq­la­rı­nı at­ma­ya­caq, tor­ba ata­caq. Ənə­nə­lə­rə qa­yıt­maq la­zım­dı. Biz in­di bu­nu et­mə­sək, gə­lə­cək nə­sil­lər, çə­tin ki, bu işi gör­mək is­tə­sin".

A.Bün­yad­za­də qeyd et­di ki, bu gün Azər­bay­can­da ta­ri­xi­mi­zi, mil­li ənə­nə­lə­ri­mi­zi, bay­ram mə­də­niy­yə­ti­ni bi­lən ki­fa­yət qə­dər rəs­sam­lar var. Onun söz­lə­ri­nə gö­rə, bu­nun­la rəs­sam­la­ra si­fa­riş­lər ve­ril­sə çox gö­zəl iş­lər mey­da­na çı­xa bi­lər. Uşaq ya­zı­çı­sı ümid edir ki, növ­bə­ti Nov­ruz bay­ra­mın­da bay­ram tor­ba­la­rı yer­li ti­ca­rət mə­kan­la­rın­da sa­tı­şa çı­xa­rı­la­caq: "İna­nı­ram ki, qə­ze­ti­ni­zin tək­li­fi­nə bi­ga­nə qa­lın­ma­ya­caq. Bu sa­hə­də ad­dım atan­lar ta­pı­la­caq. Əs­lin­də, bu tə­şəb­büs çox­dan edil­mə­liy­di. Am­ma in­di də gec de­yil. Uşaq­la­rı­mız­da mil­li də­yər­lə­ri­mi­zə hör­mət aşı­la­maq sa­hə­sin­də nə iş gö­rü­lür­sə bu bi­zim qa­zan­cı­mız­dı".    

Rəs­sam Əziz­ba­la Ba­la­xa­nı­lı da uşaq­la­rın bay­ram­da tor­ba de­yil, pa­paq at­ma­sı­na yax­şı bax­mır: "Mən pa­paq at­ma­ğa yax­şı bax­mı­ram. Si­zin irə­li sür­dü­yü­nüz ide­ya çox yax­şı­dır. Əl­bət­tə, re­al­laş­sa yax­şı olar".

İra­də SA­RI­YE­VA

Son xəbərlər